Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-202/2022 15.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Sonradan İddiaçı “iddia tələbinin həcminin azaldılması” tələbinə dair ərizə göndərərək,Cavabdeh 2700 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh İddiaçı 1-2 ay əvvəl yaşadığı ünvanda qonşusu olmuş və normal qonşuluq münasibətləri olmuşdur.xx.xx.2021-ci il tarixdə cavabdeh 2000 manat məbləğində pula ehtiyacının olduğunu bildirərək iddiaçıdan borc istəmiş və tərəflər həmin tarixdə borc müqaviləsi bağlayaraq iddiaçı cavabdehə qeyd edilən məbləği vermişdir.Cavabdeh isə öz növbəsində borcunu qaytaracağına inam yaratmaq məqsədilə,2000 manat borc pulu 2 aya qaytaracağına dair qəbz yazaraq imzalamışdır.Lakin 1 ay sonra cavabdeh yenidən iddiaçıdan 1800 manat məbləğində borc pul istəmiş və bildirmişdir ki,qeyd etdiyi məbləği verməsə iddiaçıya əvvəldən olan 2000 manat borcunuda qaytara bilməyəcək.Ona görə də,yenidən cavabdehə 1800 manat məbləğində borc pul vermiş və yenidən tərəflər xx.xx.2021-ci il tarixdə müqavilə bağlamışlar.Qeyd edilən müddətdən kifayət qədər vaxt keçməsinə baxmayaraq Cavabdeh aldığı 3800 manat məbləğində borcunu geri qaytarmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş,lakin sonradan "iddia tələbinin həcminin azaldılması” tələbinə dair ərizə göndərərək cavabdehin ona 1100 manat məbləğində ödəniş etdiyini bildirərək iddia tələbinin həcmini azaldaraq Cavabdeh 2700 manat məbləğində pulun alınıb ona verilməsini,həmçinin məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə,sms bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki,aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki,İddiaçı xx.xx.2021-ci il tarixinə qədər qaytarmaq şərtilə Cavabdeh 2000 (iki min) manat məbləğində pul vermişdir. - Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki,Sabunçu rayonu,Razin qəsəbəsi,Mehmandarov küçəsi,ev 11-də yaşayan Cavabdeh qonşusu İddiaçı aldığı 2000 manat borc pulu 2 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki,İddiaçı xx.xx.2021-ci il tarixinə qədər qaytarmaq şərtilə Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul vermişdir. - Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki,Sabunçu rayonu,Razin qəsəbəsi,Mehmandarov küçəsi,ev 25,mənzil 11-də yaşayan Cavabdeh qonşusu İddiaçı ehtiyac üçün aldığı 1800 manat borc pulu 24 avqustda qaytarmağı öhdəsinə götürmüşdür. - “Asan ödəniş” sisteminə ödənilmiş xx.xx.2022-ci il tarixli **********11 saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 58 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki, Süleymanov X1 Nigar Elxan qızına xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2000 manat məbləğində pul vermiş və cavabdeh həmin borc pulu xx.xx.2021-ci il tarixədək qaytaracağını bildirmişdir.Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə 1800 manat məbləğində borc pul vermişdir.Cavabdeh borcunu vaxtında qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmiş,lakin sonradan cavabdeh məhkəmədən kənar borc öhdəliyini qismən icra edərək borcundan 1100 manat məbləğində ödəniş etmişdir.Hazırda iddiaçı cavabdehdən 2700 manat məbləğində borcun alınıb ona verilməsini xahiş edir. Məhkəmə hesab edir ki,İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 2700 manat məbləğində borc pul və ödənilmiş 58 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində borc və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-202/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-202/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver