Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-215/2024 27.06.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin girova yönəldilməsi tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, HO0012157-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 4054,13 manat əsas borc, 228 manat faiz borcu, 27,17 manat cərimə borcu olmaqla, cəmi 4309,30 manat məbləğində borcun və 64 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələbin cavabdehə mülkiyyətində olan, girov qoyulmuş 6 ədəd diş, 4 ədəd komplekt, 7 ədəd sırğa, 3 ədəd komplekt (sınıq), 2 ədəd qolbaq, 2 ədəd boyunbağı-qolbaq, 2 ədəd boyunbağı, 1 ədəd üzük (sınıq), 1 ədəd üzük, 1 ədəd kulondan ibarət, cəmi 79,70 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin vəsait borcların ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HO0012157-2023 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi üçün illik 48 faiz olmaqla 60 ay müddətinə 4607 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təmini üsulu olaraq cavabdeh cəmi 79,70 qram çəkidə qızıl-zinət əşyaları girov qoymuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair cavabdehə borcun ödənilməsi tələbi ilə bildiriş göndərilmişdir. Cavabdeh banka HO0012157-2023 saylı xx.xx.2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsi üzrə 4054,13 manat əsas, 228 manat faiz, 27,17 manat cərimə borcu olmaqla cəmi 4309,30 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HO0012157-2023 saylı çərçivə kredit və girov müqaviləsinin və “Girovun ilkin qiymətləndirilməsinə dair” aktın surətindən görünür ki, təşkilat tərəfindən borcalana istehlak məqsədi üçün illik 48 faiz olmaqla 60 ay müddətinə 4607 manat məbləğində kredit verilmişdir. Girov qoyan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan 6 ədəd diş, 4 ədəd komplekt, 7 ədəd sırğa, 3 ədəd komplekt (sınıq), 2 ədəd qolbaq, 2 ədəd boyunbağı-qolbaq, 2 ədəd boyunbağı, 1 ədəd üzük (sınıq), 1 ədəd üzük, 1 ədəd kulondan ibarət, cəmi 79,70 qram çəkidə qızıl-zinət əşyasını girovla yüklü etmişdir. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, HO0012157-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə borcu 4054,13 manat əsas borc, 228 manat faiz borcu, 27,17 manat cərimə borcu olmaqla, cəmi 4309,30 manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, HO0012157-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 4054,13 manat əsas borc, 228 manat faiz borcu, 27,17 manat cərimə borcu olmaqla, cəmi 4309,30 manat borcunun qalması, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavavdehə məxsus qızıl-zinət əşyalarının girovla yüklü edilməsi təsdiq olunduğundan, iddia tələbi təmin edilərək, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tələb girov qoyulmuş əmlaka yönəldilərək, açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, HO0012157-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 4054,13 manat əsas borc, 228 manat faiz borcu, 27,17 manat cərimə borcu olmaqla, cəmi 4309,30 (dörd min üç yüz doqquz manat 30 qəpik) manat məbləğində borc və 64 (altmış dörd) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma girov qoyulmuş, Cavabdeh mülkiyyətində olan 6 ədəd diş, 4 ədəd komplekt, 7 ədəd sırğa, 3 ədəd komplekt (sınıq), 2 ədəd qolbaq, 2 ədəd boyunbağı-qolbaq, 2 ədəd boyunbağı, 1 ədəd üzük (sınıq), 1 ədəd üzük, 1 ədəd kulondan ibarət, cəmi 79,70 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilsin, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-215/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-215/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver