Məhkəmə qərarları › İş №e-2(077)-219/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-219/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-219/2023 14.07.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh Qəhrəman oğluna qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh Qəhrəman oğlundan xx.xx.2022-ci il tarixli R0042317G saylı müqaviləyə əsasən 600 manat ödənilməmiş hissə,60 manat faiz borcu, 35 manat cərimə borcu olmaqla,ümumilikdə 695 (altı yüz doxsan beş) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh Qəhrəman oğluna lazimi qaydada bildiriş göndərilmiş,lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki,tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli R0042317G saylı müqaviləyə əsasən, satıcı alıcıya 12 ay müddətinə 705 manat dəyərində olan “Samsung A 235” markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 50 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 655 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də,alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmişdir.Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi,xx.xx.2023-cü il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir.Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,cavabdehdən xx.xx.2022-ci il tarixli R0042317G saylı müqaviləyə əsasən “Samsung A 235” markalı əşya üçün 600 manat əsas borc,60 manat faiz borcu,35 manat cərimə borcu olmaqla,cəmi 695 manat borc və 30 manat dövlət rüsumu əsaslı olduğundan iddia təmin edilməli və iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh Qəhrəman oğlundan xx.xx.2022-ci il tarixli R0042317G saylı müqaviləyə əsasən 600 manat ödənilməmiş hissə,60 manat faiz borcu, 35 manat cərimə borcu olmaqla,ümumilikdə 695 (altı yüz doxsan beş) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar