Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-227/2024 25.07.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022 saylı kredit müqaviləsi üzrə 27441,06 manat əsas borc, 516,14 manat faiz borcu, 610,33 manat cərimə olmaqla, cəmi 28567,50 manat borcun və 175,70 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli G/001/KM/3/1040597/281022 saylı ipoteka (avto) müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, “Haval H6 HEV minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı (2022-ci il istehsal tarixli) nəqliyyat vasitəsinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun Cavabdeh2 digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 11% hesablanmaqla, 36 ay müddətinə qaytarılmaq şərti ilə 45000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq bankla Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh2 (borcalan) arasında imzalanmış xx.xx.2022-ci il tarixli G/001/KM/3/1040597/281022 saylı ipoteka (avto) müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaiti hesabına əldə etdiyi 2022-ci il istehsal tarixli, dövlət qeydiyyat nişanı **-EG-*** olan, “Haval H6 HEV” markalı nəqliyyat vasitəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpotekanın yüklülüyü DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində qeydiyyata alınaraq daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 147245 №-li çıxarış verilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqaviləsinin şərtləri borcalan tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixində qalıq borcun ödənilməsi ilə bağlı pretenziya məktubu, habelə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlər göndərilmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin bank qarşısında cəmi 28 567,50 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 27441,06 manat əsas borcu, 516,14 manat faiz borcunu, 610,33 manat isə cərimə borcunu ehtiva edir. Cavabdehlərə tutumanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş göndərildikdən sonra həmin bildiriş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində xx.xx.2024-cü il tarixində qeydə alınmışdır. Prosesin gedişində iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Həmin Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hazırki iş üzrə müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı pretenziya məktubu Cavabdeh2 xx.xx.2024-cü il tarixinə qalıq borc əsas borc üzrə 27 886,97 manat, faiz borcu üzrə 281,74 manat, cərimə borcu üzrə 164,17 manat müəyyən edilməklə xx.xx.2024-cü il tarixində cavabdehin ünvanına göndərilmiş, borcun 3 iş günü ərzində tam ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət edəcəyi bildirildiyindən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 00l/KM/3/1040597/281022 saylı kredit müqaviləsi həmin tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab edilir. İllik 5% məbləğində vəsaitin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi olan dövr üzrə hesablanmasının məqsədi ondan ibarətdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 7120 manat məbləğində ödəniş həyata keçirilmiş, həmin ödəniş məbləğindən faktiki olaraq xx.xx.2024-cü il tarixində pretenziya məktubunda göstərilmiş borc məbləği (281,74 manat faiz və 164,17 manat cərimə məbləği tam olaraq, əsas borcdan isə qismən 6742,09 manat), habelə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi hesablanmış 5% illik məbləğ üzrə 202 manat silinmə həyata keçirilmişdir. Yuxanda göstərilənlərə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 00l/KM/3/1040597/281022 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 20698,97 manat əsas borc, 43,12 manat illik 5% hesablanmaqla faiz borcu olmaqla cəmi 20742,09 manat borcun və 175,70 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli G/001/KM/3/1040597/281022 saylı ipoteka (avto) müqaviləsinə əsasən yüklü edilmiş, “Haval H6 HEV” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı (2022-ci il istehsal tarixli, Ban nömrəsi: LGWEFUA56NH938364, Mühərrik nömrəsi: **********9, qara rəngli) nəqliyyat vasitəsinə yönəldilərək hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun Cavabdeh2 digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana illik 11% hesablanmaqla, 36 ay müddətinə qaytarılmaq şərti ilə 45000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. İpoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli G/001/KM/3/1040597/281022 saylı ipoteka (avto) müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022saylı kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaiti hesabına əldə etdiyi 2022-ci il istehsal tarixli, dövlət qeydiyyat nişanı **-EG-*** olan, “Haval H6 HEV” markalı nəqliyyat vasitəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. AA seriyalı, 147245 saylı çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli G/001/KM/3/1040597/281022 saylı ipoteka (avto) müqaviləsi AR DİN BDYPİ-nin Qeydiyyat- İmtahan şöbəsində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ipoteka qoyan Cavabdeh1 ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, bildiriş AR DİN BDYPİ-nin Qeydiyyat-İmtahan şöbəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022 saylı kredit müqaviləsi üzrə banka borcu 20698,97 manat əsas borc, 43,12 manat illik 5% hesablanmaqla faiz borcu olmaqla cəmi 20742,09 manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 175,70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə (01 oktyabr 2023-cü il tarixinədək qüvvədə olmuş) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissəhissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 385.1-ci bəndinə əsasən öhdəçiliyə əsasən bir şəxs başqa bir şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” AR qanunuun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” AR qanununu 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. AR Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. AR Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Həmin Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022 saylı kredit müqaviləsı üzrə borcunu vaxtında ödəməməsi, nəticədə banka 20698,97 manat əsas borc, illik 5% hesablanmaqla 43,12 manat faiz borcu olmaqla cəmi 20742,09 manat borcunun qalması iş materialları ilə təsdiq olunduğundan həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tutma ipoteka predmeti olan avtomobilə yönəldilərək açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına bankın tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 175,70 manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 001/KM/3/1040597/281022 saylı kredit müqaviləsi üzrə 20698,97 manat əsas borc, 43,12 manat illik 5% hesablanmaqla faiz borcu olmaqla cəmi 20742,09 (iyirmi min yeddi yüz qırx iki manat 09 qəpik) manat borc və 175,70 (bir yüz yetmiş beş manat 70 qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma, Cavabdeh1 mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli G/001/KM/3/1040597/281022 saylı ipoteka (avto) müqaviləsinə əsasən yüklü edilmiş, “Haval H6 HEV” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı (2022-ci il istehsal tarixli, Ban nömrəsi: LGWEFUA56NH938364, Mühərrik nömrəsi: **********9, qara rəngli) nəqliyyat vasitəsinə yönəldilsin. Həmin nəqliyyat vasitəsi açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh2 digər gəlirləri və əmlakı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(077)-227/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-227/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver