Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-235/2025 04.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, **********0100 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1656,52 manat əsas borc, 34,90 manat faiz borcu olmaqla, cəmi 1691,42 manat, xx.xx.2019-cu il tarixli, **********0110 saylı guzəştlı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 821,23 manat əsas borc, ümumilikdə 2512,65 manat məbləğində borcun və 45,13 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0100 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq borcalanın bu müqavilə imzalanan tarixə olan 1656,52 manat vaxtı keçmiş əsas borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0110 saylı guzəştlı kredit (restrukturizasiya) müqaviləsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, bu Müqavilə imzalanan tarixə olan 843,55 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0100 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.43 AZN, dörd il müddətində isə hər ay 35.23 AZN olmaqla və **********0110 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.73 AZN, dörd il müddətində isə hər ay 17.94 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, borcalan müqaviləni imzalamaqla borcvverənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqaviləni imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, borcverən bu müqaviləni imzalamaqla borcalanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borcalanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. İddiaçı MM QBKT-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, borcu ödəməkdən imtina etmir, lakin işi yoxdur, yalnız veteran pulu alır, Hər ay 10 manat ödəyir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0100 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, təşkilat tərəfindən borc alana Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq borcalanın bu müqavilə imzalanan tarixə olan 1656,52 manat vaxtı keçmiş əsas borcunun ödənilməsi üçün illik 1% faiz dərəcəsi olmaqla, 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 1656,52 manat məbləğində kredit verilmişdir. İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0110 saylı guzəştlı kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, təşkilat tərəfindən borc alana Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, bu Müqavilə imzalanan tarixə olan 843,55 manat vaxtı keçmiş əsas borcunun ödənilməsi üçün illik 1% faiz dərəcəsi olmaqla, 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 843,55 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0100 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1656,52 manat əsas borc, 34,90 manat faiz borcu olmaqla, cəmi 1691,42 manat, xx.xx.2019-cu il tarixli, **********0110 saylı guzəştlı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 821,23 manat əsas borc, ümumilikdə 2512,65 manat borcu qalmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 45,13 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh İddiaçı MM QBKT-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də xx.xx.2019-cu il tarixli, **********0100 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1656,52 manat əsas borc, 34,90 manat faiz borcu olmaqla, cəmi 1691,42 manat, xx.xx.2019-cu il tarixli, **********0110 saylı guzəştlı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 821,23 manat əsas borc, ümumilikdə 2512,65 manat borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma girov predmetlərinə yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 45,13 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0100 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1656,52 manat əsas borc, 34,90 manat faiz borcu olmaqla, cəmi 1691,42 (bir min altı yüz doxsan bir manat 42 qəpik) manat, xx.xx.2019-cu il tarixli, **********0110 saylı guzəştlı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 821,23 (səkkiz yüz iyirmi bir manat 23 qəpik) manat əsas borc, ümumilikdə 2512,65 (iki min beş yüz on iki manat 65 qəpik) manat borc və 45,13 (qırx beş manat 13 qəpik) manat dövlət rüsumu İddiaçı X2-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(077)-235/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-235/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver