Məhkəmə qərarları › İş №e-2(077)-245/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-245/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-245/2022 09.08.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Xırdalan şəhərində Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10 dekabr 2019-cu il tarixli 19-M- 3-0-422-15 saylı kredit müqaviləsi üzrə banka 4721,77 (dörd min yeddi yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc,18,43 (on səkkiz manat qırx üç qəpik) manat məbləğində faiz borcu,16,86 (on altı manat səksən altı qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 4757,06 (dörd min yeddi yüz əlli yeddi manat altı qəpik) manat məbləğində pulun və ödənilmiş 67,57 (altmış yeddi manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilərlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş,lakin onların iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468,472,741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki,bankla Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 19-M-3-0-422-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz olmaqla 6622,68 manat məbləğində kredit verilmişdir.Borcun təminatı olaraq bankla Cavabdeh2 arasında 10 dekabr 2019-cu il tarixli 19-M-3-0-422-15 saylı zaminlik müqaviləsi imzalanmışdır.Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq,borc öhdəliklərini icra etməkdən boyun qaçırır.Nəticə etibarilə,cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 4721,77 manat əsas,18,43 manat faiz və 16,86 manat cərimə olmaqla,cəmi 4757,06 manat borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada,öhdəliyin pozulmasıöhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi,xammalın,işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi əsaslı olduğundan təmin edilməli,cavabdehlərdən müştərək qaydada 4721,77 manat məbləğində əsas borc,18,43 manat məbləğində faiz borcu,16,86 manat məbləğində cərimə borcu olmaqla,cəmi 4757,06 manat məbləğində pul və ödənilmiş 67,57 dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin,məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10 dekabr 2019-cu il tarixli 19-M-3-0-422-15 saylı kredit müqaviləsi üzrə banka 4721,77 (dörd min yeddi yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc,18,43 (on səkkiz manat qırx üç qəpik) manat məbləğində faiz borcu,16,86 (on altı manat səksən altı qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 4757,06 (dörd min yeddi yüz əlli yeddi manat altı qəpik) manat məbləğində pul və ödənilmiş 67,57 (altmış yeddi manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar