Məhkəmə qərarları › İş №e-2(077)-248/2024

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-248/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-248/2024 23.07.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı X5 eyni zamanda, mülki işlərin birləşdirilərək bir icraatda baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda iddiaçı Cavabdeh ona qarşı iddiası üzrə 2(001)-3143/2024 saylı mülki iş Binəqədi rayon Məhkəməsinin icraatındadır. Hesab edir ki, hər iki iş üzrə tərəflər, iddiaların predmetləri və əsasları oxşar olduğuna görə, ədalət mühakiməsinin daha düzgün həyata keçirilməsinin təmin edilməsi üçün hazırki iddia üzrə iş Binəqədi rayon Məhkəməsinin icraatında olan 2(001)-3143/2024 saylı mülki işə birləşdirilməlidir. Odur ki, yuxarıda göstərilənləri və AR MPM-nin 43-cü maddəsini rəhbər tutaraq vəsatəti təmin edib hazırki işin Binəqədi rayon Məhkəməsinin icraatında olan 2(001)-3143/2024 saylı mülki işə birləşdirilməsini və işlərə birlikdə baxılaraq qətnamə qəbul edilməsi məqsədilə işin Binəqədi rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh vəsatətin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış iddiaçı X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə vəsatətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki,hazırki mülki iş 2(001)-3143/2024 saylı mülki işlə birləşdirilərək baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3143/2024 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, X3, X1 və X4 qarşı “pul tələbinə dair” iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə, saat 09:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 44.2.6-cı maddəsinə görə, məhkəmə işi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa məhkəmədə baxılmağa verir. Məhkəmə qeyd olunanları nəzərə alıb Azərbaycan Respublikası MPM-nin 43, 44, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı X2 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə 2(077)-248/2024 saylı mülki iş, iddiaçı Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, X3, X1 və X4 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə 2(001)-3143/2024 saylı mülki işlə birləşdirilərək, bir icraatda baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar