Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-269/2022 27.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh xx.xx.2016-cı il tarixli 01-AGT – ********* saylı alqı-satqı müqaviləsi üzrə 120 manat məbləğində əsas borcun,18 manat məbləğində faiz borcu,15 manat məbləğində cərimə borcu olmaqla,cəmi 183 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər,eləcə də,işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İş materiallarından göründüyü kimi mülki iş dəfələrlə məhkəmə baxışına təyin olunmuş,lakin İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.Ona görə də,iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki,iddia ərizəsi baxılmamış saxlandığından İddiaçı MMC tərəfindən Şuşa Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260,263,264,267 və 268-ci maddələrinin rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbi»nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X2» MMC tərəfindən dövlət büdcəsinə Şuşa Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan alındığı vaxtdan 10(on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-269/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-269/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver