Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-285/2022 29.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 qarşı «kreditin,ona hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 qarşı iddia qaldıraraq,cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 10731,02 (bir on min yeddi yüz otuz bir manat iki qəpik) manat məbləğində əsas borc,830,68 (səkkiz yüz otuz manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 11561,70 (bir on bir min beş yüz altmış bir manat yetmiş qəpik) manat borc və ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdehlər arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli kreditləşmə və xidmət şərtlərinə əsasən bank Cavabdeh2 kreditlər verməyi,kredit xəttləri açmağı, Cavabdeh2 isə müqavilə ilə müəyyən olunan şərtlərlə kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı,habelə kreditlərdən istifadəyə görə Banka faizlər ödəməyi,Zaminlər Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürmüşlər.Tərəflər arasında 18 yanvar 2020-ci il tarixli MK/45253/73/15 saylı kredit sazişi imzalanmışdır. Kredit sazişinə əsasən bank Cavabdeh2 36 ay müddətinə,illik 23% dərəcəsi hesablanmaqla 19500 manat məbləğində kredit vermişdir.Hazırda cavabdeh Ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki,bankdan krediti şəxsi biznesi üçün götürmüş və ödənişlərini 18 ay vaxtında etmişdir.Sonradan pandemiya vaxtı iş yeri bağlandığından kredit borcunu vaxtında qaytara bilməmişdir.Hazırda banka olan borcunu ödəməkdən imtina etmir,lakin maddi vəziyyəti borcu birdəfəlik ödəməyə uyğun deyildir.Digər borclular onun xalaları və tanışıdır və onlarında maddi vəziyyəti borcu ödəməyə imkan vermir. İddiaçı ‘’Bank of Baku’’ ASC-nin nümayəndəsi,digər cavabdehlər Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinəyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh2,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli kreditləşmə və xidmət şərtlərindən görünür ki, bank Cavabdeh2 kreditlər verməyi,kredit xəttləri açmağı,Cavabdeh2 isə müqavilə ilə müəyyən olunan şərtlərlə kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı,habelə kreditlərdən istifadəyə görə Banka faizlər ödəməyi,Zaminlər Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürmüşlər. - İddiaçı ASC ilə Cavabdeh2,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli MK/45253/73/15 saylı kredit sazişindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 23% hesablanmaqla,hər ay 754,84 manat,sonuncu ay 765,06 manat olmaqla,19500 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli **********098 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC 18 yanvar 2020-ci il tarixli MK/45253/73/15 saylı kredit sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi icra edərək Cavabdeh2 19499 manat məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki,iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli MK/45253/73/15 saylı kredit sazişi ləğv edilməli,öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh1,Cavabdeh4 və Əliyeva X2 Gülnar Namiq qızı ilə birlikdə İddiaçı ASC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Cavabdeh2,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 18 yanvar 2020-ci il tarixli MK/45253/73/15 saylı kredit sazişi üzrə 10731,02 manat əsas kredit borcu və 830,68 manat faiz borcu olmaqla,ümumilikdə 11561,70 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki,məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 125 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehər Cavabdeh2,Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 10731,02 (bir on min yeddi yüz otuz bir manat iki qəpik) manat məbləğində əsas borc,830,68 (səkkiz yüz otuz manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 11561,70 (bir on bir min beş yüz altmış bir manat yetmiş qəpik) manat borc və ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-285/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-285/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver