Məhkəmə qərarları › İş №e-2(077)-29/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-29/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-29/2025 04.03.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X15 Bəşərəddin oğlunun sədrliyi, X5 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 5000 manat məbləğində pul vəsaitinin və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 22:30 radələrində Yeni Günəşli ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz E300 minik” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Hyundai Sonata minik” markalı, JJ-109-UU dövlət qeydiyyat nişanlı, X3 idarə etdiyi “Ford Fusion minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı, X9 idarə etdiyi “Opel Astra minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı və X4 idarə etdiyi “Mercedes Benz C180 minik” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Mercedes Benz E300” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Qiymətləndirmə aktlarından görünür ki, “Mercedes Benz C 180” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 535 manat, “Ford Fusion minik” markalı, **- NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat, “Hyundai Sonata minik” markalı, JJ-109-UU dövlət qeydiyyat nişanlı avtomobilə 6685 manat, “Opel Astra minik” markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1480 manat zərər dəymişdir. Ödəniş sənədlərinə əsasən, "xxxx" ASC tərəfindən 732,67 manat X10, 3309,41 manat X1, 693,07 manat X3 və 264,85 manat X8 bank hesabına ödənilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(010)-1031/2021 saylı qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin,332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi), 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması), 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, mülki işə təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, hadisə olan zaman 17 yaşı var idi və sürücülük vəsiqəsi olmamışdır. İdarə etdiyi maşın atasına məxsus idi və icbari sığortası var idi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PXA ********** saylı icbari sığorta şəhadətnaməsi əsasında X6 mülkiyyətində olan “Mercedes Benz E300 minik” markalı, **-NP-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(010)-1031/2021 saylı qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə yetkinlik yaşına çatmamış və sürücülük hüququ olmayan Cavabdeh qohumuna məxsus "Mercedes Benz E300 minik" markalı, **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobili İdarə etmiş, avtomobili sürərkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş yaşayış zonasında hərəkət etmə qaydalarını pozmuş, yoldan çıxaraq yol kənarında dayanmış "Opel Astra" markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180 minik” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata" markalı, JJ-109-UU dövlət (Gürcüstan) qeydiyyat nişanlı avtomobillərə maddi ziyan vurmuş, bununla İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5464 nömrəli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C 180” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 535 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5461 nömrəli qiymətləndirmə aktından görünür ki, “Ford Fusion minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5649 nömrəli qiymətləndirmə aktından görünür ki, “Hyundai Sonata minik” markalı, JJ-109-UU dövlət qeydiyyat nişanlı avtomobilə 6685 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1867 nömrəli qiymətləndirmə aktından görünür ki, “Opel Astra minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1480 manat zərər dəymişdir. PXA90125, PXA90126, PXA90127 və PXA90128 nömrəli sığorta aktlarından və xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışlardan görünür ki, "xxxx" ASC tərəfindən 732,67 manat X10, 3309,41 manat X1, 693,07 manat X3 və 264,85 manat X8 bank hesablarına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, xx/xx-1152 saylı bildirişdən görünür ki, "xxxx" ASC Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzini 7 iş günü ərzində könüllü ödəməyi tələb etmiş, əks təqdirdə sığorta ödənişinin ödənilməsi ilə bağlı məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 1104.1-cü maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Beləliklə,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış "Mercedes Benz E300 minik" markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən, X1 idarə etdiyi “Hyundai Sonata minik” markalı, JJ-109-UU dövlət qeydiyyat nişanlı, X3 idarə etdiyi “Ford Fusion minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı, X9 idarə etdiyi “Opel Astra minik” markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı və X4 idarə etdiyi “Mercedes Benz C180 minik” markalı **- UO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq, sonunculara zərər vurması, iddiaçı tərəfindən zərərçəkənlər X12 732,67 manat, X2 3309,41 manat, X7 693,07 manat və X11 264,85 manat olmaqla, cəmi 5000 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini tələb etmək hüququnun ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilərək 5000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 70 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar