Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-293/2021 06.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən,Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri, Yasamal rayonu,Mətbuat prospekti,24 ünvanında yerləşən Kreditor MMC-nin borclu Şuşa şəhəri,X.Şuşinski küçəsi,ev 10 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Xətai rayonu,Gəncə prospekti,ev 17,mənzil 407 ünvanında məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor MMC ilə Borclu arasında 18.11.2018-ci il tarixli HAK472686 saylı borc müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən borclu dəyəri 1552 manat olan məişət avadanlığı əldə etmiş və ilkin ödəniş 352 manat ödədikdən sonra qalan 1200 manat pulu 06 ay müddətinə hər ay 200 manat ödəməklə Kreditor MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür.Daha sonra tərəflər arasında 19.02.2019-cu il tarixli HAK473269 saylı borc müqaviləsi bağlanmışdır.Müqaviləyə əsasən borclu dəyəri 840 manat olan məişət avadanlığı əldə etmiş və 840 manat pulu 06 ay müddətinə hər ay 140 manat ödəməklə Kreditor MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazırkı vaxtadək borclu qalan borcunu ödəməkdən yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Borc müqaviləsi üzrə borcun ödənilməsinə dair cavabdeh Borclu rəsmi olaraq xəbərdarlıq edilmiş,lakin o,öhdəliyini lazımınca icra etməmişdir.Hazırda borclunun 15.07.2020-ci il tarixinə 18.11.2018-ci il tarixli HAK472686 saylı müqavilə üzrə 380 manat borc,19.02.2019-cu il tarixli HAK473269 saylı müqavilə üzrə 620 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,cəmiyyətin Borclu qarşı tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan və Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun tərəfindən ödənilməli olan 18.11.2018-ci il tarixli HAK472686 saylı müqavilə üzrə borcu 380 manat ,19.02.2019-cu il tarixli HAK473269 saylı müqavilə üzrə borcu 620 manat borc olmaqla,cəmi 1000 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Kreditor MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1986-cı ildə Rusiya Federasiyası,Tümen vilayətində anadan olmuş,Şuşa şəhəri,X.Şuşinski küçəsi,ev 10 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Xətai rayonu,Gəncə prospekti,ev 17,mənzil 407 ünvanında məskunlaşan (050 999 02 02) Borclu 18.11.2018-ci il tarixli HAK472686 saylı müqavilə üzrə borcu 380 (üç yüz səksən) manat,19.02.2019-cu il tarixli HAK473269 saylı müqavilə üzrə borcu 620 (altı yüz iyirmi) manat borc olmaqla,cəmi 1000 (bir min) manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №e-2(077)-293/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-293/2021
06.07.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver