Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-294/2021 06.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən,Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri, Yasamal rayonu,Mətbuat prospekti,24 ünvanında yerləşən Kreditor MMC-nin borclu Şuşa şəhəri,V.Cəfərov küçəsi,ev 24,mənzil 66 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Səbail rayonu,Şıx sanatoriyasında məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor MMC ilə Borclu arasında 29.09.2018-ci il tarixli 28K4664941 saylı borc müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən borclu dəyəri 546 manat olan məişət avadanlığı əldə etmiş və ilkin ödəniş 30 manat ödədikdən sonra qalan 516 manat pulu 12 ay müddətinə hər ay 43 manat ödəməklə Kreditor MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür.Daha sonra tərəflər arasında 19.03.2019-cu il tarixli 28K501347 saylı borc müqaviləsi bağlanmışdır.Müqaviləyə əsasən borclu dəyəri 1407 manat olan məişət avadanlığı əldə etmiş və ilkin ödəniş 57 manat ödədikdən sonra qalan 1350 manat pulu 15 ay müddətinə hər ay 90 manat ödəməklə «Soliton LTD» MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazırkı vaxtadək borclu qalan borcunu ödəməkdən yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Borc müqaviləsi üzrə borcun ödənilməsinə dair cavabdeh Borclu rəsmi olaraq xəbərdarlıq edilmiş,lakin o,öhdəliyini lazımınca icra etməmişdir.Hazırda borclunun 15.07.2020-ci il tarixinə 29.09.2018-ci il tarixli 28K4664941 saylı müqavilə üzrə 172 manat borc və 19.03.2019cu il tarixli 28K501347 saylı müqavilə üzrə 900 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,cəmiyyətin borclu İBorclu qarşı tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,həmin tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan və Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun tərəfindən ödənilməli olan 29.09.2018-ci il tarixli 28K4664941 saylı müqavilə üzrə borcu 172 manat,19.03.2019-cu il tarixli 28K501347 saylı müqavilə üzrə borcu 900 borc olmaqla,cəmi 1072 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu «Soliton LTD» MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1988-ci ildə Şuşa şəhərində anadan olmuş,Şuşa şəhəri,V.Cəfərov küçəsi,ev 24,mənzil 66 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Səbail rayonu,Şıx sanatoriyasında məskunlaşan Borclu 29.09.2018-ci il tarixli 28K4664941 saylı müqavilə üzrə 172 (bir yüz iki) manat borc,19.03.2019-cu il tarixli 28K501347 saylı müqavilə üzrə borcu 900 (doqquz yüz) manat borc olmaqla,cəmi 1072 (bir min yetmiş iki) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq «Soliton LTD» MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №e-2(077)-294/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-294/2021
06.07.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver