Məhkəmə qərarları › İş №e-2(077)-297/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-297/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-297/2022 13.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla,ümumilikdə 2520 (iki min beş yüz iyirmi) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1613 saylı “X6” əsasında “Ravon Nexia R3 minik” markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD763230 seriyalı,2017-ci il buraxılışlı, Ban: XWBTF69V9HA037144,ağ rəngli) avtomobil 48 ay müddətinə lizinqə verilmişdir.Qeyd edilən avtomobili İddiaçı etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh 05 yanvar 2022-ci il tarixdə avtomobili geri qaytarmaq istədiyini deyərək iddiaçıya təqdim etmiş və həmin vaxt avtomobildə nasazlıqlar olduğu aşkarlanmışdır. Daha sonra iddiaçı avtomobili təmir olunması üçün “RS Avtoservis”-ə aparmış və orada avtomobilə baxış keçirilərkən avtomobilin mühərrikinin,ön əyləc disklərinin və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu və avtomobildə çilingər, motorist işlərinin görülməli olduğu müəyyən edilmişdir.“RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2420 (iki min dörd yüz iyirmi) manat tələb olunmuş və iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”də 2420 manat ödəyərək öz hesabına təmir etdirmişdir.Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 2420 manat zərər dəymiş,lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,maddi ziyan dəymiş avtomobilin artıq təmir olunduğunu bildirdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.Lakin əvvəlki məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki,avtomobilə dəyən ziyanın məbləği şişirdilmiş və qeyd edilən məbləğdə ola bilməz. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki,iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan: - AD № 763230 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,2017-ci il buraxılışlı,ağ rəngli “Ravon Nexia R3 minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1613 saylı “X6”ndən görünür ki,lizinq verən "xxxx" MMC mülkiyyətindəki dəyəri 13800 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki,İddiaçı “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə,gündəlik 18 manat plan ödəməklə Cavabdeh icarəyə vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki,Cavabdeh “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixi daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - X4,X2,X5 və X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki,xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində **-PK-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3 minik” markalı avtomobili müqavilə əsasında idarə edən Cavabdeh “RS” Avtoservisin həyətinə gətirmiş,həmin avtomobilə baxış zamanı aşağıdakı maddi ziyan dəydiyi aşkar edilmişdir: bütöv mühərrik,mühərrik yağı 4 litr,flyans,ön əyləc diskləri,ön sağ qanadaltı plasmas,membran şlankı,sveça. - “RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2420 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2022-ci il tarixli 484420 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, “RS” Avtoservisə 2420 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" MMC-nin direktoru tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 227 nömrəli məktubundan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1613 saylı "Daxili Lizinq" miiqaviləsi üzrə sonuncunun müvəqqəti istifadəsinə verilmiş "Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır.Odur ki,yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazı yoxdur. - “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki,İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2017-ci il tarixli AL-1613 nömrəli X6nə əsasən əldə etmiş və 13 dekabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh vermişdir.Cavabdeh xx.xx.2022-ci il tarixdə avtomobili geri qaytarmış və avtomobil təhvil alınarkən onun ehtiyat hissələrində nasazlıqlar olduğu aşkarlanmışdır.“RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomobilə 2420 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.Hazırda İddiaçı avtomobilə dəymiş 2420 manat məbləğində maddi ziyanı və hüquqi yardıma görə ödəmiş olduğu 100 manat vəkil xərcini cavabeh Cavabdeh tələb edir. Məhkəmə hesab edir ki,Cavabdeh tərəfindən "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2420 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 2420 manat məbləğində maddi ziyan Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ,100 manat hüquqi yardıma görə xidmət haqqı Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən 45,20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 2420 manat maddi ziyan və 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla,cəmi 2520 manat məbləğində pul vəsaiti və tutularaq İddiaçı ödənilməli,45,20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat maddi ziyan və 100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla,cəmi 2520 (iki min beş yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 45,20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar