Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-3/2025 18.03.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X23 Bəşərəddin oğlunun sədrliyi, X8 iclas katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarxli, 00564-23 saylı kredit müqaviləsinə əsasən 215,15 manat əsas borc, 7,28 manat faiz borcu, 70,45 manat cərimə olmaqla, cəmi 292,88 manat, xx.xx.2023-cü il tarixli, 02254-23 saylı kredit müqaviləsinə əsasən 940,01 manat əsas borc, 29,14 manat faiz borcu, 39,46 manat cərimə olmaqla, cəmi 1008,61 manat, ümumilikdə 1301,49 manat məbləğində borcun və 34 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın xx.xx.2023cü il tarixli, 02309-23/G saylı girov müqaviləsinə əsasən girov qoyulmuş 1 ədəd 750 əyar üzük, 1 ədəd 750 əyar qolbaq və 1 ədəd 750 əyar klondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetinə tutma yönəldilməsi məqsədi ilə satışa çıxarılması, satışdan əldə olunacaq məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsinə əsasən təşkilat tərəfindən borc alana 12 ay müddətinə illik faiz dərəcəsi 42% olmaqla 1120 manat, xx.xx.2023-cü il tarixli, 02254-23 saylı kredit müqaviləsinə əsasən12 ay müddətinə illik faiz dərəcəsi 36% olmaqla 1280 manat məbləğində kredit ayrılmışdır. Kreditin təminatı kimi qızıl-zinət əşyalarının girov qoyulması barədə xx.xx.2023-cü il tarixli, 00564-23 nömrəli və xx.xx.2023-cü il tarixli, 02254- 23/G nömrəli girov müqavilələri bağlanmışdır. Hər iki girov müqaviləsinin 1 saylı əlavəsində qızıl zinət əşyalarının çeşidləri, əyarı və çəkisi göstərilmişdir: 1 ədəd 750 əyyar qolbaq, 1ədəd 750 əyyar klon, 1 ədəd 750 əyyar üzük. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, lakin cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sonuncu ödənişi xx.xx.2024cü il tarixində 65 manat olmaqla cəmi 538 manat ödəniş etmişdir. Ödənilən məbləğdən 339,99 manat əsas borca, 196,89 manat faiz borcuna silinmişdir. xx.xx.2024-cü il tarixindən başlayaraq cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri qərəzli şəkildə pozularaq, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırılmışdır. Cavabdehə dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər borcunu ödəməmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarilxi, 094 saylı əmrinə əsasən baş ofisdə Kredit Departamentinə “kredit üzrə baş mütəxəssis” vəzifəsində işləmiş X13 xx.xx.2023-cü il tarixdə ərizə ilə ASC-yə müraciət edərək işdən azad olunmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli 157 saylı əmrlə tutuduğu vəzifədən azad edilmişdir. ASC-nin dekabr ayı üzrə ödənilmiş məbləğlərinin yoxlanıması zamanı X5 "xxxx"lara zidd olaraq müştərilərin ona qanunsuz olaraq kredit borcunun ödənilməsi üçün verdikləri pul məbləğlərini müxtəlif yollarla ələ keçirib mənimsəməsi faktı aşkar edilmiş, xx.xx.2024-cü il tarixli uyğunsuzluq aktı tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli uyğunsuzluq aktına, "xxxx"ların pozulmasına və İdarə Heyətinin xx.xx.2024-cü il tarixli protokoluna əsasən xx.xx.2024-cü il tarixli 008 saylı Əmr tərtib edilmişdir. Elvin Biyabani barəsində araşdırma aparılarkən onun vəzifəsindən sui-istifadə edərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı BOKT ASC-nə ziyan vurub qanunsuz olaraq ələ keçirib mənimsəməsi, kredit ödənişləri üzrə aparılan əməliyyat sistemində "xxxx" MMC-nin 25019 saylı terminal hesabından müştərilər tərəfindən kredit borcları üzrə məbləğlərin ödənildiyini qeyd etməsi, lakin, həmin tarixlərdə İddiaçı BOKT ASC-nin hesabında qeyd edilən ödənişlərin olmadığı aşkar edilmişdir. Bellə ki, iddiaçı ilə cavabdeh arasında 1120 manat kreditin verilməsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli, FN/00564-23 nömrəli kredit müqaviləsi üzrə 503,80 manat ödənişin, 25019 saylı hesabdan iddiaçının hesabına ödənilmədiyi müəyyən edilmişdir. Sonradan 25019 saylı terminal hesabından müştərilərin kredit borclarına yönəltdiyi məbləğlərin həmin müştərilərin kreditləri üzrə qalıq borclarının bərpa edilərək səhvlərə düzəliş edilməsi, adları qeyd edilmiş müştərilərin əməliyyatlarının geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli 008 saylı Əmr tərtib edilmişdir. Bundan sonra E.Biyabani barəsində Xaçmaz rayon Polis İdarəsinə və Prokurorluq orqanlarına şikayətlə müraciət edilmişdir. Hazırda istintaq hərəkətləri davam etdirilir və təhqiqat işi Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda araşdırılır. Hazırki iddia üzrə cavabdeh uyğunsuzluq aktında adı qeyd edilən şəxslərdən olduğu üçün sistem üzrə cavabdehin adına borc məbləği qeyd olunur. Belə ki, E.Biyabani sistem üzrə ilk kredit üzrə borcun ödənildiyini qeyd etdiyi üçün yeni kredit və girov müqaviləsi bağlanmışdır. Cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli 00564-23 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixinə olan borcu 215,15 manat əsas borc, 7,28 manat faiz borcu, 70,45 manat cərimə olmaqla, cəmi 292,88 manat, xx.xx.2023-cü il tarixli, 02254-23 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixinə olan borcu 940,01 manat əsas borc, 29,14 manat faiz borcu, 39,46 manat cərimə olmaqla, cəmi 1008,61 manat təşkil edir. Prosesin gedişində iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda cavabdehin kredit borcunda azalma olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 215,15 manat əsas borc, 70,03 manat faiz borcu, 184,31 cərimə olmaqla cəmi 469,31 manat borc, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 420,85 manat əsas borc, 40,82 manat faiz borcu, 110,43 manat cərimə olmaqla cəmi 572,10 manat, iki kredit müqaviləsi üzrə cəmi 1041,41 manat borcu var. Cavabdehə cərimə üzrə hesablanmış 294,56 manat güzəşt edilmişdir. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsi üzrə 215,15 manat əsas borc, 70,03 manat faiz borcu olmaqla cəmi 285,18 manat, xx.xx.2023-cü il tarixli, 02254- 23 saylı kredit müqaviləsi üzrə 420,85 manat əsas borc, 40,82 manat faiz borcu olmaqla cəmi 461,67 manat, ümumilikdə 746,85 manat borcun və iş üzrə ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X20 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli 9/9055 nömrəli ekspertiza rəyi ilə tanış olmuşdur və ekspert rəyi ilə bağlı bildirir ki, ekspertizanın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə təsviri və nəticə hissəsi ilə ümumiyyətlə razılaşmır, rəyin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə təsviri və nəticə hissəsi ilə qismən razılaşır. Belə ki, rəydə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə təsviri hissəsində cavabdeh tərəfindən ümumilikdə 1776,90 manat məbləğində borcun ödənildiyi göstərilmiş, bu ödənişlərdən 86.296,13 manat əsas, 34.803,87 manat faiz borcundan silinməsi qeyd edilmiş, qeyd edilən ödənişlərin hansı əsaslarla müəyyən edilməsi göstərilməmiş və müvafiq sənədlər rəyə əlavə edilməmişdir. Bu kredit müqaviləsi üzrə ödənişlərin silinmə ardıcıllığı nə kredit müqaviləsi ilə, nə də AR Mülki Məcəlləsinin 432.4-cü maddəsinin tələbi (Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır) nəzərə alınmamışdır. Cavabdeh tərəfindən aparılmış ödənişlər üzrə əsas və faiz borcunun olmaması barədə gəldiyi nəticə əsassızdır, artıq ödənilmiş məbləğin 416,38 manat təşkil etməsi barədə gəldiyi nəticə üzrə isə məhkəmənin qərardadı ilə ümumiyyətlə ekspert qarşısında belə sual qoyulmamasına baxmayaraq ekspert hansı əsaslarla artıq ödənilmiş məbləğ barədə məlumat verir, məlum deyil. Ekspert rəyinin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun 938,75 manat, faiz borcunun 29,10 manat müəyyən edilməsi barədə gəldiyi nəticə ilə razılaşır, lakin cərimə məbləği barədə rəydə münasibət bildirilməməsini qəbul etmir. Hesab edir ki, ümumiyyətlə ekspert rəyi düzgün əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.2025-ci il tarixli 99/9055 nömrəli ekspert rəyinin iş üzrə mühüm əhəmiyyət kəsb edən sübut kimi qəbul edilməməsini və nəzərə alınmamasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin həcminin azaldılmasına dair sonuncu məhkəmə iclasında verdiyi tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin azaldılması barədə ərizəni qəbul etdiyini bildirmiş, məhkəmədən Şuşa şəhərində işlədiyini, yolu uzaq olduğundan gələ bilmədiyini nəzərə alaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xcahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsinin surətindən görünür ki, təşkilat tərəfindən borc alana 12 ay müddətinə, illik 42% hesablanmaqla 1120 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00564-23 saylı girov müqaviləsinin surətindən görünür ki, verilmiş kreditin təminatı kimi 1 ədəd 750 əyyar qolbaq, 1ədəd 750 əyyar klon və 1 ədəd 750 əyyar üzükdən ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. "xxxx" ASC-nin İdarə Heyətinin sədri X9 xx.xx.2023-cü il tarixli, 107 nömrəli Sərəncamının surətindən görünür ki, borclu X21 öhdəliklərini tam yerinə yetirdiyinə görə onunla baglanmış xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsinə xitam verilməsi ilə əlaqədar BoKT-nin xəzinəsində olan "FN/00564-23” saylı kisədə saxlanılan qiymətlilərin ona geri qaytarılmasına dair sərəncam verilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli balansarxası orderinin surətindən görünür ki, X21 "FN/00564-23” saylı kisədə saxlanılan qiymətliləri təhvil alımışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02254-23 saylı kredit müqaviləsinin surətindən görünür ki, təşkilat tərəfindən borc alana 12 ay müddətinə, illik 36% hesablanmaqla 1280 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02254-23/G saylı girov müqaviləsinin surətindən görünür ki, verilmiş kreditin təminatı kimi 1 ədəd 750 əyyar qolbaq, 1ədəd 750 əyyar klon və 1 ədəd 750 əyyar üzükdən ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. “İddia tələbinin həcminin azaldılmasına dair” xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsi üzrə 215,15 manat əsas borc, 70,03 manat faiz borcu olmaqla cəmi 285,18 manat, xx.xx.2023-cü il tarixli, 02254-23 saylı kredit müqaviləsi üzrə 420,85 manat əsas borc, 40,82 manat faiz borcu olmaqla cəmi 461,67 manat, ümumilikdə 746,85 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli “uyğunsuzluq barədə” aktdan görünür ki, "xxxx" MMC-nin terminalı vasitəsilə dekabr ayı üzrə mədaxil edilən ödənişlərin siyahısı ’'Finex Kredit" BOKT ASC-nin müvafiq dövr üçün balansının 25019 say lı hesabı ilə üzləşdirilmiş və aşkar edilmişdir ki, ümumilikdə 24878.10 manat məbləğ terminaldan ASC-nin müştəriləri tərəfindən ödənilməmişdir, həmin məbləğin ödənişləri Kredit Departamentinin baş mütəxəssisi olmuş X14 tərəfindən "xxxx"lara zidd olaraq ASC-nin 25019 saylı hesabdan X1 xx.xx.2023-cü il tarixdə 7615 manat və xx.xx.2023-cü il tarixdə 600 manat, X10 xx.xx.2023-cü il tarixdə 3978 manat, X15 xx.xx.2023- cü il tarixdə 2847 manat, X11 xx.xx.2023-cü il tarixdə 2071 manat, Mursaqulova Gülgəz. Ömər qızının xx.xx.2023-cü ildə 1933 manat, X22 xx.xx.2023-cü il tarixdə 589.25 manat və xx.xx.2023-cü il tarixdə 1252.05 manat, X16 xx.xx.2023-cü il tarixdə 1507 manat, X7 xx.xx.2023-cü il tarixdə 503.80 manat, Cavabdeh xx.xx.2023-cü il tarixdə 411 manat və xx.xx.2023-cü il tarixdə 121 manat, X3 xx.xx.2023-cü il tarixdə 220 manat, X4 xx.xx.2023-cü il tarixdə 40 manat, X12 xx.xx.2023-cü il tarixdə 55 manat və X2 xx.xx.2023-cü il tarixdə 35 manat kredit borclarına yönəltməmiş, nəticədə X14 öz vəzifə səlahiyyətlərindən istifadə edərək, 24878.10 manat məbləğində vəsaiti mənimsəmişdir. ’'Finex Kredit" BOKT ASC-nin xx.xx.2024-cü il tarixli, 008 nömrəli “müştəri tərəfindən ödənilməyən kreditlərin bərpa edilməsi barədə” Əmrinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli uyğunsuzluq aktına əsasən müəyyən edilmiş və aktda adları qeyd edilmiş müştərilər tərəfindən ödənilməyən kredit ödənişlərinin BOKT-nin keçmiş əməkdaşı, kredit üzrə baş mütəxəssis X13 tərəfindən “Kreditlərin verilməsinə dair Qayda’lara zidd olaraq balansın “25019 saylı terminal hesabından müştərilərin kredit borclarına yönəltdiyi məbləğlər həmin müştərilərin kreditləri üzrə qalıq borcları bərpa edilərək səhvlərə düzəliş edilməsi, adları aktda qeyd edilmiş müştərilər üzrə əməliyyatların geri qaytarılması əmr edilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-286/2024 saylı qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarxli, 00564-23 saylı və xx.xx.2023-cü il tarixli, 02254-23 saylı kredit müqavilələrinə əsasən cavabdeh tərəfindən ödənilən məbləğlərin silinmələrinin düzgün aparılıb-aparılmamasının, aparılan ödənişlər nəzərə alınmaqla cavabdehin hər iki müqavilə üzrə iddiaçıya olan əsas, faiz və cərimə borcunun məbləğlərinin müəyyən edilməsinə dair sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9055 saylı ekspert rəyi ilə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya əsas və faiz borcunun olmadığı, cavabdeh tərəfindən müqavilə üzrə 416,38 manat məbləğində artıq ödəniş edildiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli, 02254-23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu kimi müəyyən olunmuşdur: - əsas borc üzrə- 938,75 manat; - faiz borcu üzrə- 29,10 manat. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh "xxxx" ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsi üzrə 215,15 manat əsas borc, 70,03 manat faiz borcu olmaqla cəmi 285,18 manat, xx.xx.2023cü il tarixli, 02254-23 saylı kredit müqaviləsi üzrə 420,85 manat əsas borc, 40,82 manat faiz borcu olmaqla cəmi 461,67 manat, ümumilikdə 746,85 manat borcunun qalması, verilmiş kreditlərin təminatı kimi cavabdehə məxsus 1 ədəd 750 əyyar qolbaq, 1ədəd 750 əyyar klon və 1 ədəd 750 əyyar üzükdən ibarət qızıl-zinət əşyalarının girov qoyulması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma girov predmetlərinə yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2025-ci il tarixli, 9/9055 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 00564-23 saylı kredit müqaviləsi üzrə 215,15 manat əsas borc, 70,03 manat faiz borcu olmaqla cəmi 285,18 (iki yüz səksən beş manat 18 qəpik) manat, xx.xx.2023-cü il tarixli, 02254-23 saylı kredit müqaviləsi üzrə 420,85 manat əsas borc, 40,82 manat faiz borcu olmaqla cəmi 461,67 (dörd yüz altmış bir manat 67 qəpik) manat, ümumilikdə 746,85 (yeddi yüz qırx altı manat 85 qəpik) manat borc və 34 (otuz dörd) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma girov qoyulmuş, Cavabdeh mülkiyyətində olan 1 ədəd 750 əyyar qolbaq, 1ədəd 750 əyyar klon və 1 ədəd 750 əyyar üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilsin, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc cavabdehdən iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(077)-3/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-3/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver