Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-313/2022 06.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 2280 (iki min iki yüz səksən) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 44 (qırx dörd) manat dövlət rüsumu olmaqla,ümumilikdə 2424 (iki min dörd yüz iyirmi dörd) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-14 saylı “X3” əsasında “Ravon Nexia R3 minik” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD№763859 seriyalı,2020-ci il buraxılışlı, Ban: XWBTF69V9LA036112,ağ rəngli) avtomobil 48 ay müddətinə lizinqə verilmişdir.Qeyd edilən avtomobili İddiaçı etibarnamə ilə idarə olunması üçün tanışı Cavabdeh2 vasitəsilə tanıdığı Cavabdeh1 istifadəsinə vermişdir.Avtomobili istifadəyə verərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir.Cavabdeh1 avtomobili idarə edərkən 16 fevral 2022-ci il tarixdə,saat 22:40 radələrində Xətai rayonu,8 Noyabr prospektində ara məsafəsi qaydalarını pozmuş və barəsində 17 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4857448 nömrəli qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.Qeyd edilən hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir.Belə ki,avtomobil təmir olunması üçün “RS Avtoservis” aparılmış və servisin tərtib etdiyi qüsur aktına görə avtomobilin təmiri üçün 2280 manat məbləğində pul tələb olunmuşdur.Göründüyü kimi Cavabdeh1 tərəfindən avtomobilə maddi ziyan dəymiş,lakin Cavabdeh1 və Cavabdeh2 həmin məbləği ödəməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,maddi ziyan dəymiş avtomobilin artıq təmir olunduğunu bildirdi və iddia tələbinin təmin olunmasını xahiş etdi.Həmçinin cavabdehin etiraz ərizəsinin əsassız olduğunu bildirərək,qeyd etdi ki,avtomobilə cavabdehin hərəkətləri nəticəsində maddi ziyan dəydiyi təqdim etdikləri sübutlar ilə öz təsdiqini tapır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək,avtomobilə dəymiş ziyanin məbləğinin çox şişirildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin fikrini nəzərə alaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - AD № 763859 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,2020-ci il buraxılışlı,ağ rəngli “Ravon Nexia R3 minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-14 saylı “X3”ndən görünür ki,lizinq verən "xxxx" MMC mülkiyyətindəki dəyəri 12450 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə illik 17% mükafat hesablanmaqla İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki,Cavabdeh1 “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixi daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2021-ci il tarxli 74 nömrəli icarə müqaviləsindən görünür ki,İddiaçı “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 icarəyə vermişdir. - Bakı şəhər BPİ X5 İdarəsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 051542 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki,xx.xx.2022-ci il tarixdə Xətai rayonu,8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi əzilmişdir. - İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP4857448 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli İXP4456473 nömrəli protokola əsasən xx.xx.2022-ci il tarixində saat 22:40-da 8 Noyabr küçəsi Nargilə kafesi ərazisində “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması nəticəsində barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmə haqqında inzibati tənbeh tətbiq edilmişdir. - “RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2280 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2022-ci il tarixli 484424 nömrəli mədaxil qəbzindən görünür ki, “RS” Avtoserivə 1230 manat ehtiyat hissələri və 1050 manat zəhmət haqqı olmaqla,ümumilikdə 2280 manat məbləğində pul ödənilmişdir. - "xxxx" MMC-nin direktoru tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 633 nömrəli məktubundan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 mart 2020-ci il tarixli ALY-14 saylı "Daxili Lizinq" miiqaviləsi üzrə sonuncunun müvəqqəti istifadəsinə verilmiş "RAVON NEXİA R3 MiNiK" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə əsasında idarə edən Cavabdeh1 tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır.Odur ki,yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh1 qarşı deymiş ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazı yoxdur. - “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki,İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2020-ci il tarixli ALY-14 nömrəli X3nə əsasən əldə etmiş və 27 fevral 2021-ci il tarxli 74 nömrəli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh1 vermişdir.Avtomobili istifadəyə verərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir.Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Xətai rayonu,8 Noyabr prospektində araməsafəsi qaydalarını pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmiş,onun barəsində TP4857448 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 40 manat məbləğində cərimə edilmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2280 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.Hazırda İddiaçı avtomobilə dəymiş 2280 manat məbləğində maddi ziyanı və hüquqi yardıma görə ödəmiş olduğu 100 manat vəkil xərcini cavabehlər Cavabdeh1 və Cavabdeh2 tələb edir. Məhkəmə hesab edir ki,Cavabdeh1 təqsirli hərəkəti nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2280 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 2280 manat məbləğində maddi ziyan Cavabdeh1 tutulmalıdır. Məhkəmə Cavabdeh2 maddi ziyanın tutulması hissəsinə qiymət verərərk hesab edir ki,avtomobil icarəyə verilərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə İddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyünu bildirmiş olsa belə,bu iradə ifadəsini yazılı formada rəsmiləşdirməmişlər.Qanunvericiliyin tələbinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalı və yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olduğundan iddia tələbi Cavabdeh2 maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ,100 manat hüquqi yardıma görə xidmət haqqı Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə 44 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh1 2280 manat maddi ziyan,100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 44 manat dövlət rüsumu olmaqla,cəmi 2424 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2280 (iki min iki yüz səksən) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu olmaqla,cəmi 2424 (iki min dörd yüz iyirmi dörd) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-313/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-313/2022
06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver