Məhkəmə qərarları › İş №e-2(077)-330/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-330/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-330/2022 03.11.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «X7» Bakı filialının nümayəndəsi X2,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı «X7» Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X7» Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9134,17 (doqquz min yüz otuz dörd manat on yeddi qəpik) manat vaxtı keçmiş borc,763,90 (yeddi yüz altmış üç manat doxsan qəpik) manat faiz borcu olmaqla,cəmi 9898,07 (doqquz min səkkiz yüz doxsan səkkiz manat yeddi qəpik) manat məbləğində xx.xx.2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 118,98 (yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq «X7» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9134,17 manat əsas,947,66 manat faiz borcu olmaqla,cəmi 10081,83 manat borc və 118,98 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X7» Bakı filialı ilə Cavabdeh1 arasında 04 avqust 2021-ci il tarixli 760 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə mənzil təmiri üçün 36 ay müddətinə,illik 19% hesablanmaqla 10000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh2 arasında 04 avqust 2021-ci il tarixli 1.000 saylı zaminlik müqaviləsi imzalanmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx-xx-2022-ci il tarixə «Bank»a kredit borcu üzrə - 4.765,28 manat ödəniş yerinə yetirməli olduğu halda,cavabdeh tərəfindən «Banka»a 2.085,0 ödəniş həyata keçirilmişdir.İddiaçı tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş,lakin borcalan kredit borcunu yerinə yetirməmişdir.Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 29% ödəməlidir.Ona görə də,xx.xx.2022-ci il tarixinə 9134,17 manat əsas borc və 947,66 manat faiz borcu hesablanmışdır.Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «X7» Bakı filialının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək,təmin olunmasını xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki,maddi vəziyyətində olan problemlərə görə ödəniş edə bilməmişdir.Borcunu ödəməkdən imtina etmir,lakin birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki,zamin durduğu şəxs onun iş yoldaşıdır və əmək haqqı yüksək olduğu üçün Cavabdeh1 zamin durmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib,işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - iddiaçı «X7» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli 760 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə mənzil təmiri üçün 36 ay müddətinə illik 19% hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. - iddiaçı «X7» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli 1.000 saylı zaminlik müqaviləsindən görünür ki,Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - iddiaçı «X7» Bakı filialının xx.xx.2021-ci il tarixli xəzinə məxaric orderindən görünür ki,«X7» Bakı filialı 04 avqust 2021-ci il tarixli 760 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra edərək Cavabdeh1 10000 manat məbləğində kredit vermişdir. - iddiaçı «X7» Bakı filialı tərəfindən cavadehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki,cavabdehlərə banka olan borcun ödənilmədiyi təqdirdə borc məbləği tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - iddiaçı «X7» Bakı filialının xx.xx.2022-ci il tarixli 2022-1329 saylı maliyyə arayışından görünür ki,Cavabdeh1 04 avqust 2021-ci il tarixli 760 saylı güzəştli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 85 manat məbləğində ödəniş etmiş,hazırda xx.xx.2022ci il tarixinə iddiaçı «X7» Bakı filialı qarşısında yerinə yetirilməmiş öhdəliyi 9134,17 manat əsas və 947,66 manat faiz borcu olmaqla,ümumilikdə 10081,83 manat təşkil edir. - X4 Ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 118,98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və 04 avqust 2021-ci il tarixli 1.000 saylı zaminlik müqaviləsinə əsasən,məhkəmə hesab edir ki, Cavabdeh2 bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa,borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «X7» Bakı filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq,cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 avqust 2021-ci il tarixli 760 №-li kredit müqaviləsi üzrə 9134,17 manat əsas və 947,66 manat faiz borcu olmaqla,cəmi 10081,83 manat məbləğində kredit borcu tutularaq iddiaçı «X7» Bakı filialına ödənilməlidir. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 118,98 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı «X7» Bakı filialına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227 və 357-362ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9134,17 (doqquz min yüz otuz dörd manat on yeddi qəpik) manat məbləğində əsas borc,947,66 (doqquz yüz qırx yeddi manat altmış altı qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 10081,83 (bir on min səksən bir manat səksən üç qəpik) manat borc və ödənilmiş 118,98 (yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq «X7» Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar