Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-337/2022 27.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «borc tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2576,02 (iki min beş yüz yetmiş altı manat iki qəpik) manat əsas borc,39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat faiz borcu,1703,13 (bir min yeddi yüz üç manat on üç qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 4318,94 (dörd min üç yüz on səkkiz manat doxsan dörd qəpik) manat məbləğində borcun və 63,19 (altmış üç manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2013-cü il tarixli 35R000000650 saylı kredit razılaşması üzrə qalıq borcu olan 2638,91 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış,kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır.Cavabdeh götürdüyü kredit bоrcundan 62.89 manat ödəniş etmiş və оnun iddiaçıya 2576,02 manat məbləğində kredit bоrcu qalmışdır.Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır və bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixə 729 gün üçün hesablanmış faiz borcu 39.79 manat təşkil edir.Həmçinin xx.xx.2022-ci il tarixə 698 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1703.13 manat təşkil edir.Kredit müqaviləsinin 4.1.2ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitamvermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmışcəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki,məhkəmə gedişatı zamanı cavabdeh borcundan ödəniş etdiyindən,yeni maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 2576,02 manat əsas,41,31 manat faiz və 1665,28 manat cərimə olmaqla,cəmi 4282,61 manat borcu vardır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,məhkəmə iclasına gəlməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək,iddia tələbini qismən qəbul etdiyini və hazırda ödənişlərə davam etdiyini bildirərək,işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq,Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2013-cü il tarixli 35R000000650 saylı kredit razılaşması üzrə qalıq borcu olan 2638,91 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür - İddiaçı QSC-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı QSC-nə 2576,02 manat əsas,39,79 manat faiz və 1703,13 manat cərimə borcu olmaqla,cəmi 4318,94 manat borcu vardır. - İddiaçı QSC-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı QSC-nə 2576,02 manat əsas,41,31 manat faiz və 1665,28 manat cərimə borcu olmaqla,cəmi 4282,61 manat borcu vardır. - X3 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 63,19 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2013-cü il tarixli 35R000000650 saylı kredit razılaşması üzrə qalıq borcu olan 2638,91 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə 2576,02 manat əsas borc,41,31 manat faiz borcu və 1665,28 manat cərimə borcu olmaqla,cəmi 4282,61 manat borc yaranmışdır. Məhkəmə sadalanan maddi hüquq normasının tələblərinə və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki,İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq,cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdehdən 2576,02 manat məbləğində əsas borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin İddiaçı QSC yeni maliyyə arayışı təqdim edərək faiz borcunun iddia ərizəsində göstərilən məbləğdən daha artıq məbləğdə tutulmasını xahiş etsə də,maliyyə arayışı ilə birlikdə “iddia tələbinin həcminin artırılması” barədə ərizə vermədiyindən,məhkəmə hesab edir ki,faiz borcu iddia ərizəsində göstərilən məbləğdə,yəni 39,79 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 1665,28 manat məbləğində cərimənin azaldılaraq 160 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki,qeyd edilənlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehdən alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilməli,Cavabdeh əsas borc üzrə 2576,02 manat əsas borc,39,79 manat faiz borcu,160 manat cərimə borcu olmaqla,cəmi 2775,81 manat borc və 50 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2576,02 (iki min beş yüz yetmiş altı manat iki qəpik) manat məbləğində əsas borc,39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu,160 (yüz altmış) manat məbləğində cərimə borcu olmaqla,cəmi 2775,81 (iki min yeddi yüz yetmiş beş manat səksən bir qəpik) manat məbləğində borc və 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-337/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-337/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver