Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-337/2025 09.10.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ İHakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması barədə” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)160719-01 saylı kredit müqaviləsi üzrə 6345,49 manat əsas borc, 317,23 manat faiz borcu, 287,76 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6950,48 manat məbləğində borcun və 89,50 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış xx.xx.2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)160719-01 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 23-4016 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün borcalana 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 6345,49 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zaminlər borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və xx.xx.2025-ci il tarixli 12-5/2-M-41-10554/2025 nömrəli bildirişlərlə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq, kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Nəticədə Cavabdeh1 xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)160719-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka ödənilməmiş cəmi 6.950,48 manat məbləğində borcu vardır. Bundan 6.345,49 manatı əsas borc, 317,23 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 287,76 manat kredit müqaviləsinin müddəti bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)160719-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 23-4016 saylı kredit müqaviləsinin restrukturizasiyası məqsədi ilə illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 6345,49 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)160719-01/ZM/3 və xx.xx.2019-cu il tarixli, ***- *******FİMSA(B)160719-01/ZM/4 zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. xx.xx.2025-ci il tarixli 12-5/2-M-23-10553/2025 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)160719-01 saylı kredit müqaviləsinə əsasən banka 6345,49 manat əsas borc, 317,23 manat faiz borcu, 287,76 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6950,48 manat məbləğində borcu vardır. Qəbzin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 89,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən İddiaçı ASC qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehlərdən müştərək qaydada 6345,49 manat əsas borc, 317,23 manat faiz borcu, 287,76 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6950,48 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş 89,50 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211, 220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)160719-01 saylı kredit müqaviləsi üzrə 6345,49 manat əsas borc, 317,23 manat faiz borcu, 287,76 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6950,48 (altı min doqquz yüz əlli manat 48 qəpik) manat məbləğində borc və 89,50 (səksən doqquz manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-337/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-337/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver