Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-360/2025 01.09.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, **********005 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 450 manat əsas borc, 50 manat birdəfəlik komissiya borcu olmaqla, cəmi 500 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, **********005 saylı kredit müqaviləsinyə əsasən, cavabdehə 1 ay müddətinə, illik 60,85 faiz, verilmiş kredit məbləğindən istifadəyə görə 5,0 faiz- 22,50 manat, 65,25 manat xidmət haqqı olmaqla, 450 manat məbləğdə kredit verilmişdir. Müqavilənin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. “Tələbkar” "xxxx" BOKT MMC ilə “Yeni tələbkar” "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1612/24 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh “Tələbkar” qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları “Yeni tələbkar”a ötürülmüşdür. Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. Cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********005 saylı kredit müqaviləsi üzrə borcu 450 manat əsas borc, 50 manat birdəfəlik komissiya borcu olmaqla, cəmi 500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq, təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" BOKT MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, **********005 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT tərəfindən borcalana 1 ay müddətinə, illik 60,85 faiz, verilmiş kredit məbləğindən istifadəyə görə 5,0 faiz- 22,50 manat, 65,25 manat xidmət haqqı olmaqla, 450 manat məbləğdə kredit verilmişdir. “Tələbkar” "xxxx" BOKT MMC ilə “Yeni tələbkar” "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1612/24 saylı “tələb hüququnun satılması haqqında” müqaviləyə əlavə olunan təhvil-təslim aktından görünür ki, tələbkar xx.xx.2023-cü il tarixli, **********005 saylı kredit müqaviləsi üzrə ödənilməli olan pul vəsaitini tələb etmək hüququnu yeni tələbkara satmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanmış "Tələb hüququnun satılması haqqında" müqaviləyə asasən kredit miiqaviəsi üzrə tələb hüquqlarının "xxxx" MMC-yə ötürülməsi, **********005 saylı, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 500 Azn məbləgində borcun yaranmması barədə cavabdehə məlumat verilmiş, 3 iş günü ərzində borcun ödənilməsi tələb olunmuş, əks halda yaranmış borc məbləginin tam şəkildə qaytarılması məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi prosedurların həyata keçirilicəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, **********005 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 450 manat əsas borc, 50 manat birdəfəlik komissiya borcu olmaqla, cəmi 500 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh xx.xx.2023-cü il tarixli, **********005 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" MMC-yə 450 manat əsas borc, 50 manat birdəfəlik komissiya borcu olmaqla, cəmi 500 manat borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********005 saylı kredit müqaviləsi üzrə 450 manat əsas borc, 50 manat birdəfəlik komissiya borcu olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-360/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-360/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver