Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-362/2022 24.11.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cəmi borcu 3395.92 (üç min üç yüz doxsan beş manat doxsan iki qəpik) manat - bundan 964.11 (doqquz yüz altmış dörd manat on bir qəpik) manat əsas, 1481.58 (bir min dörd yüz səksən bir manat əlli səkkiz qəpik) manat faiz, 817.50 (səkkiz yüz on yeddi manat əlli qəpik) manat cərimə,kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 132.73 (bir yüz otuz iki manat yetmiş üç qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 53.96 (əlli üç manat doxsan altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" ASC ilə Cavabdeh arasında 002641 nömrəli bank xidmətləri müqaviləsi imzalanmışdır.Bu müqaviləyə əsasən tərəflər arasında 30 oktyabr 2017-ci il tarixli KM036T10170045 saylı 5 saylı Əlavə kredit müqaviləsi imzalanmış və cavabdehə 24 ay müddətinə illik 29% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********447 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 50 manat məbləğində ödəniş etmişdir.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də,cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 002641 saylı bank xidmətləri müqaviləsindən görünür ki,Bank Müştərinin yazılı müraciətinə əsasən bank xidmətləri göstərməyi,Müştəri isə xidmətlərə uyğun olaraq müvafiq vəsaitləri hesablara mədaxil etməyi və ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2017-ci il tarixli KM036T10170045 saylı 5 saylı Əlavə kredit müqaviləsindən görünür ki,bank cavabdehə 24 ay müddətinə illik 29% hesablanmaqla 2000 manat məbləğində kredit vermişdir. - LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavadeh Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli **********447 nömrəli bildirişdən görünür ki,cavabdehə banka olan borcunu 3 gün ərzində ödəmədiyi təqdirdə borc məbləği tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022ci il tarixli **********180 nömrəli maliyyə arayışından görünür ki,30 oktyabr 2017-ci il tarixli KM036T10170045 saylı 5 saylı Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə 964,11 manat əsas,1481,58 manat faiz,817,50 manat cərimə və 132,73 manat kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla,cəmi 3395,92 manat borcu vardır. - X2 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 53,96 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2017-ci il tarixli KM036T10170045 saylı 5 saylı Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 29% hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş,nəticədə xx.xx.2022-ci il tarixə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 964,11 manat əsas borc,1481,58 manat faiz borcu,817,50 manat cərimə borcu və 132,73 manat kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla,cəmi 3395,92 manat borc yaranmışdır. Məhkəmə sadalanan maddi hüquq normasının tələblərinə və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki,iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq,cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdehdən 964,11 manat məbləğində əsas borc,1481,58 manat mabləğində faiz borcu və 132,73 manat kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu tutularaq LPO "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 817,50 manat məbləğində cərimənin azaldılaraq 80 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 45 manatı cavabdehdən alınaraq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Cavabdeh əsas borc üzrə 964,11 manat əsas borc,1481,58 manat faiz borcu,80 manat cərimə borcu,132,73 manat kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla,cəmi 2658,42 manat borc və 45 manat dövlət rüsumu tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 964.11 (doqquz yüz altmış dörd manat on bir qəpik) manat məbləğində əsas borc,1481.58 (bir min dörd yüz səksən bir manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu,80 (səksən) manat məbləğində cərimə borcu,kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 132.73 (bir yüz otuz iki manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla,cəmi 2658,42 (iki min altı yüz əlli səkkiz manat qırx iki qəpik) manat məbləğində borc və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-362/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-362/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver