Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-379/2022 01.12.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 5253,39 (beş min iki yüz əlli üç manat otuz doqquz qəpik) manat məbləğində əsas borc,108,34 (yüz səkkiz manat otuz dörd qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5361,73 (beş min üç yüz altmış bir manat yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 73,61 (yetmiş üç manat altmış bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC-nin Bakıxanov filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh 30 aprel 2015-ci il tarixli 30042015/225943 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu olan 5819,76 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)240619-01/ZM/1 saylı zaminlik müqaviləsi imzalanmışdır.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına,habelə xx.xx.2022 tarixli **********780 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq,cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixində 100 manat məbləğində ödəniş etmişdir.Cavabdeh2 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5361.73 manat təşkil edir.Bundan 5253.39 manat əsas və 108.34 manat faiz borcu təşkil edir.Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Məhkəmə iclasında çıxış edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək,təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 iddia ərizəsini qəbul edərək,maddi vəziyyətinin pis olması ilə əlaqədar ödənişlər edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 iddia tələbini qəbul edərək Məhkəmə tərəflərin izahatını dinləyib,işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - AmrahBank» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 saylı güzəştli kredit müqaviləsindən görünür ki,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh 30 aprel 2015-ci il tarixli 30042015/225943 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu olan 5819,76 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)240619-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavadehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********780 nömrəli bildirişdən görünür ki,cavabdehlərə banka olan borcun 3 gün ərzində ödəmədikləri təqdirdə borc məbləği tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli **********778 nömrəli maliyyə arayışından görünür ki,Cavabdeh2 xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında yerinə yetirilməmiş öhdəliyi 5253,39 manat əsas və 108,34 manat faiz olmaqla,ümumilikdə 5361,73 manat təşkil edir. - X4 Ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 97,71 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)240619-01/ZM/1 saylı zaminlik müqaviləsinə əsasən,məhkəmə hesab edir ki, Cavabdeh1 bank qarşısında, digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa,borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq,cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 №-li kredit müqaviləsi üzrə 5253,39 manat əsas və 108,34 manat faiz borcu olmaqla,cəmi 5361,73 manat məbləğində kredit borcu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 73,61 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq LPO İddiaçı ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227 və 357-362ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5253,39 (beş min iki yüz əlli üç manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 108,34 (yüz səkkiz manat otuz dörd qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5361,73 (beş min üç yüz altmış bir manat yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş 73,61 (yetmiş üç manat altmış bir qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-379/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-379/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver