Məhkəmə qərarları › İş №e-2(077)-4/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-4/2024

08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-4/2024 08.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçınıun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə 2985 manat məbləğində maddi ziyanın və 100 manat məbləğində nümayəndəyə çəkilmiş xərcin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış bağlanmış xx.xx.2017-ci il tarixli AL-1718 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi- AD110473, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA042645, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Digər Cavabdeh1 onları tanış etmiş və icarədarın öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə icarə haqqını ödəyə bilmədiyini deyərək avtomobili ona təhvil vermiş, həmin vaxt avtomobildə nasazlıqlar və zədələr olduğunu görmüş və təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etmişdir. Avtomobilə baxış keçirilərkən ön əyləci, ön əyləc diski, sağ ön stupitça poçemniki, sağ və sol qranit salnikləri, sağ ABC datçiki, akkumulyator, 4 ədəd təkər və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu, dəmirçi, rəngsaz, çilingər, armaturçu, plasmasçı, disk təmiri, kimyəvi təmizləmə, razval və balans təmiri işlərinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2985 manat tələb olunmuşdur. Cavabdeh2 hərəkətləri nəticəsində avtomaşına 2985 manat zərər dəymişdir. Lakin Cavabdeh2 yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Digər Cavabdeh1 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində göstərmişdir ki, iddianı əsassız sayır,belə ki, “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verilən zaman tərəfindən 800 manat məbləğində akta imza edilmişdir.. Daha sonra bildirdi ki, maddi vəziyyəti ilə əlaqədar olaraq həmin məbləği ödəyə bilməmişdir. Tələb olunan məbləğ həddindən artıq çoxdur. Maşın işlək vəziyyətdə olduğundan ondan sonra başqa şəxsə icarəyə verilmişdir. Bunun əksini sübut edən faktı iddiaçı məhkəməyə təqdim etməlidir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində göstərmişdir ki, 25-xx.xx.2022-ci il tarixində “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil-təslim etmişdir və həmin zaman ona heç bir irad bildirilmədən avtomobil təhvil alınmışdır. Onun razılığı ilə həmin avtomobil X1 verilmişdir və indi başa düşmüşdür ki, maşına dəymiş ziyan həmin şəxs tərəfindən ödənilməlidir. Himayəsində olan 2 azyaşlı uşağı, atası, anası, yoldaşı ilə birlikdə kirayədə yaşayırlar. Hazırda taksi fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AD № 110473 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı, ağ rəngli “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. Lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1718 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, lizinq verən mülkiyyətindəki dəyəri 13800 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. İcarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 60 ay müddətinə,gündəlik 15 manat icarə haqqı ödəməklə icarəyə götürənə icarəyə vermişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. “RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləğ ehtiyat hissələri 905 manat, təmir işləri 2080 manat olmaqla, cəmi 2985 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/8987/2023 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1345 manat (ehtiyat hissələri 765 manat, təmir işləri 580 manat) müəyyən edilmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azevrocar” MMC ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli AL-1718 saylı “Daxili Lizinq” müqaviləsi üzrə sonuncunun müvəqqəti və istifadəsinə verilmiş “Ravon Nexia R3” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA042645 ban nömrəli avtomobilə Cavabdeh2 tərəfindən vurulmuş ziyan üzrə təmir-bərpa işləri lizinq alan İddiaçı tərəfindən öz hesabına aparılmışdır. Odur ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazları yoxdur. Qəbzin surətindən görünür ki, İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2017-ci il tarixli AL- 1718 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh2 vermişdir. Cavabdeh2 etibarnamə əsasında sahibliyində və istifadəsində olarkən həmin avtomobilə “RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən 2985 manat məbləğində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/8987/2023 saylı ekspert rəyinə əsasən isə, 1345 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1345 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən, iddia maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək 1345 manat məbləğində maddi ziyan Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin avtomobil təhvil verilərkən 800 manat ziyanla bağlı akta imza etməsi, həmçinin, qeyd olunan avtomobilə digər şəxsin istifadəsində olduğu zaman ziyan vurulması ilə bağlı gətirdyi mülahizələrə tənqidi yanaşaraq hesab edir ki, qeyd olunan mülahizələr özünü müdafiə xarakteri daşımaqla, heç bir sübutla təsdiq edilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə Cavabdeh1 maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab edir ki, avtomobil icarəyə verilərkən Cavabdeh1 icarəyə verən İddiaçı qarşısında icarəyə götürən Cavabdeh2 ilə birgə öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyünu bildirmiş olsa belə, onun bu iradə ifadəsi yazılı formada rəsmiləşdirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinin tələbinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır və yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Odur ki, iddia tələbi Cavabdeh1 maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ, 100 manat hüquqi yardıma görə xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğuna görə, iddia təqribən 45 faiz həcmində təmin edildiyindən 49,85 manat dövlət rüsumunun 45 faizi, yəni 22,50 manat hissəsi Cavabdeh2 alınaraq dövlət nəfinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8987/2023 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təxminən 45 faiz həcmində təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyərinin 22,50 manat hissəsi Cavabdeh2, 27,50 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1345 manat maddi ziyan və 100 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı olmaqla, cəmi 1445 (bir min dörd yüz qırx beş) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh1 və maddi ziyanın qalan hissəsinə münasibətdə təmin edilməsin. Cavabdeh2n oğlundan 22,50 (iyirmi iki manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 22,50 (iyirmi iki manat 50 qəpik) manat hissəsi Cavabdeh2n oğlundan, 27,50 (iyirmi yeddi manat 50 qəpik) manat hissəsi İddiaçı tutulub X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar