Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-421/2023 15.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Xırdalan şəhərində Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 724,54 manat məbləğində zərərin və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçının Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 15:00 radələrində sürücü Cavabdeh Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, N.Əliyev küçəsi ərazisində idarə etdiyi “KAMAZ” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomaşınla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 25 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xətti borusunun 10 metr uzunluğunda hissəsi vurularaq deformasiyaya uğramış və qaynaq yerindən qırılmış, qaz xətti üzərində quraşdırılmış olan 01 ədəd G-4 markalı 10595140 nöməli qaz sayğacı istismara yararsız vəziyyətə salınmış, 20 dəqiqə müddət ərzində təbii qaz havaya axıdılmış, cavabdeh tərəfindən İddiaçı İB-yə maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD Xəzər rayonu üzrə Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmiş, İddiaçı İB-nın Qəza-Bərpa Xidməti hadisə yerinə çağırılmış və Azərbaycan Respublikası DİNnin 102 xidmətinə məlumat verilmişdir. Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibatiməsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 40 manat məbləğində cərimə edilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə ümumilikdə 724,54 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh tərəfindən dəymiş maddi zərər ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan Bakı şəhər Xəzər RPİ DYPŞ-nin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolunun və xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 15:00 radələrində Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, N.Əliyev küçəsi ərazisində idarə etdiyi “KAMAZ” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomaşınla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhər Xəzər RPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-45/2-12772/23 saylı məktubunun surətindən görünür ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 25 mm diametrli qaz xətti və sayğac istismara yararsız vəziyyətə salınmışdır. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 25 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xətti borusunun 10 metr uzunluğunda hissəsi vurularaq deformasiyaya uğramış və qaynaq yerindən qırılmış, qaz xətti üzərində quraşdırılmış olan 01 ədəd G-4 markalı 10595140 nöməli qaz sayğacı istismara yararsız vəziyyətə salınmış, 20 dəqiqə müddət ərzində təbii qaz havaya axıdılmış “Dəymiş ziyanın hesablanması haqqında” aktın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı İddiaçı İB-yə 724,54 manat məbləğində ziyan vurulmuşdur. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MülkiMəcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi “KAMAZ” markalı, **-RA-*** dövlət nömrə nişanlı avtomaşınla törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balansında olan 25 mm diametrli qaz xəttinin və sayğacın istismara yararsız vəziyyətə salınması, dəymiş ziyanın məbləğinin 724,54 manat müəyyən edilməsi sübuta yetirimişdir. Ona görə də, iddia tələbi dəy təmin edilərək 724,54 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh 724,54 (yeddi yüz iyirmi dörd manat 54 qəpik) manat məbləğində zərər və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-421/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-421/2023
15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver