Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-44/2023 23.06.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinı dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh subroqasiya qaydasında iddiaçının xeyrinə 5395,15 manatın, 73,95 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Hyundai Tucson” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Ravon Nexia R3” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sonuncu avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021-cu il tarixli TP4141636 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmiş və "Performance Center" tərəfindən tərtib olunmuş zərər aktına əsasən “Ravon Nexia R3” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5461,98 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 983,17 manat müəyyən edilmişdir. Ümumilikdə sığortalı avtonəqliyyat vasitəsinə 6445,15 manat zərər dəymişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6445,15 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyən edilmişdir. Bununla da, 6445,15 manat məbləğindən 1050 manat azadolma məbləği çıxılmış və qalıq vəsait olan 5395,15 manat vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş edilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış K-324- PCC-19 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq verənin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan MC-Mİ-1727/19 saylı avtonəqliyyat vasitələrinin (KASKO) sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək sığortalanmışdır. MC-Mİ-1727/19 saylı avtonəqliyyat vasitələrinin (KASKO) sığortası şəhadətnaməsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavənin surətindən görünür ki, tərəflər sığorta şəhadətnaməsi üzrə avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-PS-*** kimi qeydə alınması barədə razılaşmışdırlar. xx.xx.2010-cu il tarixli etibarnamənin surətindən görünür ki, X3 30 il müddətinə “Hyundai Tucson” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. Cavabdeh etibar etmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın və əlavə olunmuş sənədlərin surətindən müəyyən olunur ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2021-ci il tarixdə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Hadisə nəticəsində "xxxx" MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. "Performance Center" tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli zərər aktına əsasən “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın miqdarı 5461,98 manat, ƏDV ilə birlikdə isə 6445,13 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti tərəfindən “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin hesabına 6445,15 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Sığorta Şirkətinin hesabına 1050 manat azadolma məbləği (franşiza) ödənilmişdir. xx.xx.2023-cü il tarixli 9/1093 saylı ekspert rəyi ilə xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5173 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2021-ci il tarixdə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış “Ravon Nexia R3” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurması müəyyən edilmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi, tutulmalı olan pul məbləğinə münasibətdə qismən təmin edilməlidir. Belə ki, iş üzrə aparılmış ekspertiza tədqiqatı ilə “Ravon Nexia R3” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin 5173 manat olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin məbləğin üzərinə ƏDV (əlavə dəyər vergisi) hesablanaraq həmin məbləğdən 1050 manat franşiza (azadolma) məbləği çıxılmaqla, cəmi 5054,14 manat (5173 AZN + 931,14 AZN (ƏDV) - 1050 AZN (azadolma məbləği) = 5054,14 AZN) məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli 9/1093 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 74,35 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyərinin 47 manat hissəsi cavabdehdən, 3 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5054,14 (beş min əlli dörd manat 14 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 47 (qırx yeddi) manat hissəsi Cavabdeh, 3 (üç) manat hissəsi iddiaçı "xxxx" ASC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-44/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-44/2023
23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver