Məhkəmə qərarları › İş №e-2(077)-50/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-50/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-50/2025 27.01.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 553,14 manat əsas borc, 21,90 manat faiz borcu olmaqla, cəmi 575,04 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Tam Kart” müqaviləsinə əsasən sonuncuya istifadə etmək üçün bank tərəfindən plastik kart verilmişdir. Cavabdeh ona təqdim edilmiş plastik kart hesabına xx.xx.2024-cü il tarixdə sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 667,10 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Daha sonra cavabdeh tərəfindən banka olan borcun 113,96 manat hissəsi ödənilmişdir. Həmin vəsaitə xx.xx.2024-cü il tarixədək ümumilikdə 21,90 manat faiz borcu hesablanmışdır. xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka cəmi 575,04 manat qalıq borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borcla bağlı mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı “Tam Kart” müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi debet kartı, arxa tərəfi kredit kartı; bundan sonra – “Tam kart” adlanacaq) buraxmağı və müştəriyə təqdim etməyi, Tam kart, eləcə də Hesablar vasitəsilə hesablaşmaların aparılması üçün müştərinin adına bank hesablarını (debet kartına bağlı olan kart hesabı və/və ya cari hesab və kredit kartına bağlı olan kart hesabı; bundan sonra birlikdə - "Hesab" və ya "Hesablar" adlanacaq) açmağı, müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən (nağd kredit və/və ya kredit xətti; bundan sonra birlikdə - “Kredit" adlanacaq) istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə Tam kari, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi oz öhdəsinə götürür.( 2.1) Müqavilənin “Əsas anlayışlar” bölməsində (1.1.6) qeyd olunur ki, texniki overdraft – müştəriyə/borc alana overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda Tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. 7.3.7-ci bəndinə görə texniki overdraft baş verdiyi təqdirdə müştəri, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində, 4.1.1.2-ci yarımbənddə qeyd olunan razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunan SMSdə göslorilən illik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarına nəzərdə tutulduğu halda cərimə faizlərini banka ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 553,14 manat əsas borc, 21,90 manat faiz borcu olmaqla, cəmi 575,04 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, bank tərəfindən cavabdehə artıq xərclənmiş pulun 3 iş günü ərzində geri qaytarılması tələb edilmiş, əks təqdirdə, həmin borcun, hesablanmış faizlərin və məhkəmə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-cimaddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimiəldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı “Tam Kart” müqaviləsi çərçivəsində verilmiş plastik kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində cavabdehin 667,10 manat məbləğində overdraft borcunun yaranması, cavabdeh tərəfindən banka olan borcun 113,96 manat hissəsinin ödənilməsi, həmin vəsaitə xx.xx.2024-cü il tarixədək ümumilikdə 21,90 manat faiz borcunun hesablanması təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 553,14 manat əsas borc, 21,90 manat faiz borcu olmaqla, cəmi 575,04 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh 553,14 manat əsas borc, 21,90 manat faiz borcu olmaqla, cəmi 575,04 (beş yüz yetmiş beş manat 4 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar