Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-51/2023 14.02.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı və xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 004A********** saylı kredit müqaviləsi üzrə 878.42 manat məbləğində kredit bоrcu, 11.31 manat məbləğində faiz bоrcu və 360.47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1250.20 manat məbləğində bоrcun, 004A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 922.38 manat məbləğində kredit bоrcu, 22.28 manat məbləğində faiz bоrcu və 630.34 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1568.07 manat məbləğində bоrcun və ödənilmiş 48.18 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə 004A********** saylı kredit müqaviləsi bağlanmışlar.Həmin müqavilə əsasında cavabdeh aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə,988.12 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 109.7 manat ödəniş etmiş və оnun iddiaçıya 878.42 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 604 gün üçün hesablanmış faiz borcu 11.31 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 604 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 360.47 manat təşkil edir.Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 922.38 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 922.38 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 849 gün üçün hesablanmış faiz borcu 16.82 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 849 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 628.87 manat təşkil edir.Cavabdehin xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 878,42 manat əsas, 11,31 manat faiz ,360,47 manat cərimə borcu olmaqla,ümumilikdə 1250,20 manat məbləğində borcu və xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 922,38 manat əsas, 16,82 manat faiz, 628.87 manat cərimə borcu olmaqla,ümumilikdə 1568,07 manat məbləğində borcu vardır. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, borcu ödəməkdən imtina etmir, lakin maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Həmçinin əsas və faiz borcu qəbul edir, əsas borca hesablanmış cərimə məbləğinin yüksək olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsindən görünür ki,Cavabdeh bankdan aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə 988.12 manat məbləğində kredit götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsindən görünür ki,Cavabdeh bankdan aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə 922,38 manat məbləğində kredit götürmüşdür. - Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka 878,42 manat əsas, 11,31 manat faiz ,360,47 manat cərimə borcu olmaqla,ümumilikdə 1250,20 manat məbləğində və xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 922,38 manat əsas, 16,82 manat faiz, 628.87 manat cərimə borcu olmaqla,ümumilikdə 1568,07 manat məbləğində borcu vardır. - Qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 48,18 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 878,42 manat əsas borc və 11.31 manat faiz borcunun və xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 922,38 manat əsas borc və 22,28 manat faiz borcunun qalması təsdiq olunduğundan iddia tələbi həmin borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 360,47 manat məbləğində cərimənin və xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 630,34 manat məbləğində cərimənin alınması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 360,37 manat məbləğində cərimənin azaldılaraq 30 manat məbləğində, və tələb olunan 630,34 manat məbləğində cərimənin azaldılaraq 50 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki,qeyd edilənlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 68 faiz həcmində təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 32.70 manat hissəsi cavabdehdən alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 878.42 manat məbləğində kredit bоrcu, 11,31 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu olmaqla, cəmi 919,73 (doqquz yüz on doqquz manat yetmiş üç qəpik) manat məbləğində borc, xx.xx.2019-cu il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 922.38 manat məbləğində kredit bоrcu, 22.28 manat məbləğində faiz bоrcu, 50 manat cərimə borcu olmaqla cəmi 994,66 (doqquz yüz doxsan dörd manat altmış altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 32.70 (otuz iki manat yetmiş qəpik) manat hissəsi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-51/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-51/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver