Məhkəmə qərarları › İş №e-2(077)-57/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-57/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-57/2022 05.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 990 (doqquz yüz doxsan) manat,60 (altmış) manat cərimə,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 32 (otuz iki) manat dövlət rüsumu olmaqla,ümumilikdə 1182 (bir min yüz səksən iki) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 iyun 2017-ci il tarixli AL-1303 saylı “X3” əsasında “Ravon Nexia R3 minik” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC952113 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA028310, ağ rəngli) avtomobil 48 ay müddətinə lizinqə verilmişdir.Qeyd edilən avtomobili İddiaçı etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh avtomaşını idarə edərkən 06 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Abşeron rayonu,Masazır kəndi,Q.Nəbi küçəsində yol ayrıcını keçmə qaydalarını pozmuş və 13 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4709114 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir.Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 990 manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomobilə 990 manat zərər dəymişdir.Həmçinin TP4709114 nömrəli qərara əsasən tətbiq edilmiş 60 manatı cəriməni də iddiaçı özü ödəmişdir.Lakin cavabdeh yuxarıda qeyd olunan məbləğləri ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,maddi ziyan dəymiş avtomobilin artıq təmir olunduğunu bildirdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə 01.04.2022-ci il tarixli 114 saylı məktubla müraciət edərək bildirmişdir ki,"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 iyun 2017-ci il tarixli AL-1303 saylı "Daxili Lizinq" miiqaviləsi üzrə sonuncunun müvəqqəti istifadəsinə verilmiş "RAVON NEXİA R3 MiNiK" markalı, 90-PH- 77İ dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında X4 tərəfindən idarə olunarkən 06 noyabr 2021-ci il tarixdə,saat 17:00 radələrində Abşeron rayonu, Masazır kəndi,Q.Nəbi küçəsində yol nəqliyyat hadisəsi törətmiş ve nəticədə lizinq obyekti olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil qəzalı vəziyyətə düşmüşdür.Qeyd edilən nəqliyyat vasitəsinin temir bərpa işləri lizinq alan İddiaçı oğlu tərəfindən öz hesabına aparılmışdır.Odur ki,yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı oğlunun cavabdeh X2 qarşı deymiş ziyanın ödənilməsi ilə bağlı Şuşa Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - AC № 952113 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,2017-ci il buraxılışlı,ağ rəngli “Ravon Nexia R3 minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 iyun 2017-ci il tarixli AL-1303 saylı “X3”ndən görünür ki,lizinq verən "xxxx" MMC mülkiyyətindəki dəyəri 13800 manat olan “Ravon Nexia R3 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş 01.02.2021-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki,Cavabdeh “Ravon Nexia R3 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili 01.02.2021-ci il tarixdən-08.02.2021-ci il tarixidə daxil olmaqla yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08.06.2017-ci il tarixli razılaşmadan görünür ki,tərəflər lizinq obyektinin yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə,məhv olduqda Lizinq Alan 24 saat müddətində lizinq obyektini sığortalan Sığorta şirkətini məlumatlandırmağı və qeyd edilən öhdəlik icra edilmədikdə sığorta hadisəsi nəticəsində İizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməsini razılaşdırmışlar. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli 34 nömrəli icarə müqaviləsindən görünür ki,İddiaçı “Ravon Nexia R3 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh icarəyə vermişdir. - TP4709114 nömrəli 13.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,Cavabdeh 06.11.2021-ci il tarixdə saat 17:00-da Masazır kəndi,Q.Nəbi küçəsində “Ravon Nexia R3 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “yolayırıcını keçmə qaydalarının pozulması” nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə edilmişdir. - “RS” Avtoservisin 11.11.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 990 manat məbləğində ziyan dəymişdir. - “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş 27.12.2021-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki,İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 08 iyun 2017-ci il tarixli AL-1303 nömrəli X3nə əsasən əldə etmiş və 01 fevral 2021-ci il tarixli 34 nömrəli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh vermişdir.Cavabdeh 06.11.2021-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu,Masazır kəndi,Q.Nəbi küçəsində yol ayrıcını keçmə qaydalarını pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş,onun barəsində TP4709114 nömrəli 13.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 60 manat məbləğində cərimə edilmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində "RAVON NEXİA R3 MiNiK" markalı,**-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 990 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.Hazırda İddiaçı avtomobilə dəymiş 990 manat məbləğində maddi ziyanı,TP4709114 nömrəli 13.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən qəbul edilmiş 60 manat cəriməni və hüquqi yardıma görə ödəmiş olduğu 100 manat vəkil xərcini tələb edir. Məhkəmə hesab edir ki,Cavabdeh təqsirli hərəkəti nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan "RAVON NEXİA R3 MiNiK" markalı,**-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 990 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 990 manat məbləğində maddi ziyan Cavabdeh tutulmalıdır. Məhkəmə Cavabdeh TP4709114 nömrəli 13.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən qəbul edilmiş 60 manat cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki,iddiaçı iş materiallarına həmin cərimə məbləğinin onun tərəfindən ödənilməsini təsdiq edən hər hansı sübutu əlavə etmədiyindən iddia bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ cavabdehdən ağlabatan məbləğdə - 80 manat məbləğində alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri 32 manat ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən,ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 990 manat maddi ziyan,80 manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla,cəmi 1090 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 990 (doqquz yüz doxsan) manat maddi ziyan,80 (səksən) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla,cəmi 1090 (bir min doxsan) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar