Məhkəmə qərarları › İş №e-2(077)-69/2022

Şuşa Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(077)-69/2022

17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-69/2022 17.03.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı (KATV1) MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (KATV1) MMC Cavabdeh qarşı iddia qaldıraraq,Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 277,53 (iki yüz yetmiş yeddi manat əlli üç qəpik) manat məbləğində vurulmuş zərərin,hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat,ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı olmaqla,ümumilikdə 457,93 (dörd yüz əlli yeddi manat doxsan üç qəpik) manat məbləğində pulun İddiaçı (KATV1) MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrinə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir.Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki,Bakı şəhəri,Nizami rayonu,Nəsimi küçəsi,ev 32F,mənzil 119 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh məxsus olmuşdur.Həmin ünvanda yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən həmin ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini 01.01.2017-ci il tarixinədək edərək, 21.02.2017-cü il tarixində 16,90 manat borc ilə şəbəkədən ayrılmışdır. 13.11.2017-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8311N saylı akt tərtib olunmuşdur.Həmin akt tərtib edilənədək ünvanda yerləşən binaya sonuncu dəfə 25.12.2018-ci il tarixdə baxış keçirilmişdir.Beləliklə də,yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur.Belə ki,kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir.Sözügedən ünvanın ilk dəfə şəbəkədən ayrıldığı 21.02.2017-ci il tarixdən 6726N saylı aktın tərtib edildiyi 13.11.2017-ci il tarixə qədər olan müddət 265 gün,8311N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi 25.12.2018-ci il tarixdən həmin aktın tərtib olunduğu 23.07.2020-ci il tarixə qədər olan müddət 576 gün olmaqla,cəmi 841 gün təşkil edir.Bu isə həmin dövrdə hər gün üçün 0.33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabeı şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 277,53 manat təşkil edir.Eyni zamanda bildirilmişdir ki,qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməyə davam edəcəkdi. Bundan əlavə, İddiaçı MMC və “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir.Qanunsuz istifadə nəticəsində yaranmış pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı (KATV1) MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.İddiaçı (KATV1) MMC-nin nümayəndəsi ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş,həmçinin iş üzrə qiyabi icraata keçilməsinə etirazı olmadığını bildirmişdir.Cavabdeh isə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə,iddiaçı buna etiraz etmədikdə,işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 23.11.2020-ci il tarixli arayışından görünür ki,Cavabdeh Şuşa şəhəri,Telman küçəsi,ev 1 ünvanına qeydiyyatdadır. - İddiaçı (KATV1) MMC-nin 13.11.2017-ci il tarixli, 6726N saylı aktın surətindən görünür ki,13 noyabr 2017-ci il tarixində “Ədalət-A” hüquq firması və İddiaçı MMC-nin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 119 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş,lakin mənzil sakini akta imza çəkmədi. - İddiaçı (KATV1) MMC-nin 23.07.2020-ci il tarixli, 8311N saylı aktın təsdiq olunmuş surətindən görünür ki,23 iyul 2020-ci il tarixində “Ədalət-A” hüquq firması və İddiaçı MMCnin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 119 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamışdır. - "xxxx" MMC-nin «Ədalət-A» firmasına ünvanladığı məktubdan görünür ki, "xxxx" MMC-nin Nizami rayonu,Nəsimi küçəsində tikdiyi yaşayış binasının ev 32F,mənzil 119-da Cavabdeh qeydiyyatsız yaşayır. - X2 ödənilmiş 09.12.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Bakı şəhəri,Nizami rayonu,Nəsimi küçəsi,ev 32F,mənzil 119 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış müqavilə əsasında həmin mənzilə “KATV1” tərəfindən kabel xətti çəkilmiş,01.01.2017-ci il tarixində son ödəniş edilmiş,21.02.2017-ci il tarixində 16,90 manat borc ilə şəbəkədən ayrılmışdır.13.11.2017-ci il və 23.07.2020-ci il tarixlərində “Ədalət-A” hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşları qeyd olunan ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 119 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bu barədə aktlar tərtib edilmişdir. İlk dəfə şəbəkədən ayrıldığı 21.02.2017-ci il tarixdən təkrar qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 25.12.2018-ci ilədək olan 841 gün üçün iddiaçı tərəfindən cavabdehə 277,53 manat maddi zərər hesablanmışdır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli borcun tutulması tələbi əsaslıdır. Buna görə də, Cavabdeh 1579,81 manat əsas borc və 133,64 manat faiz borcu tutularaq İddiaçı (KATV1) MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ cavabdehdən ağlabatan məbləğdə - 150 manat məbləğində alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər olaraq 277,53 manat, nümayəndəyə çəkilən xərcə görə 150 manat, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0,40 manat, cəmi 457,93 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı (KATV1) MMC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 277,53 (iki yüz yetmiş yeddi manat əlli üç qəpik) manat İddiaçı (KATV1) MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 457,93 (dörd yüz əlli yeddi manat doxsan üç qəpik) tutularaq İddiaçı (KATV1) MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şuşa Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar