Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-80/2022 28.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ İş № 2(077)-80/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Şuşa Rayon Məhkəməsi 28 fevral 2022-ci il Xırdalan şəhəri Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 13 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24.12.2021-ci il tarixinə yaranmış 1015 (bir min on beş) manat məbləğində əsas borc,152,2 (yüz əlli iki manat iyirmi qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 1167,2 (min yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 31,67 (otuz bir manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,sonuncu aldığı «Delonghi» markalı kofe maşını, “Baseus” markalı maşın aksesuarı və “Xiaomi Mi” markalı simsiz qulqacığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 113 manat,sonuncu ay 111 manat olmaqla cəmi 1354 manat ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 13 fevral 2021-ci il tarixli ********* saylı müqavilə üzrə 22.10.2021-ci il tarixində 36 manat olmaqla,cəmi 339 manat ödəniş etmiş və qalıq qalmış 1015 manat borcu qaytarmamışdır.Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 152,20 manat təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi əsaslı olduğundan təmin edilməli,cavabdehdən 13 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 24.12.2021-ci il tarixinə yaranmış 1015 manat əsas,152,20 manat cərimə olmaqla,cəmi 1167,20 manat borc və 31,67 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24.12.2021-ci il tarixinə yaranmış 1015 (min on beş) manat məbləğində əsas borc,152,2 (yüz əlli iki manat iyirmi qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 1167,2 (min yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 31,67 (otuz bir manat altmış yeddi) manat dövlət rüsumu tutularaq "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim imza Cəmilə Səfiyeva Əsli ilə düzdür Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(077)-80/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-80/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver