Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-99/2023 28.03.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi- Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış məbləğin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat əsas borcun, borcun xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə gecikdirilməsinə görə illik beş faiz olmaqla hesablanmış 1770,83 manatın, 141 manat dövlət rüsumunun və etibarnamə verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 18 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 17.000 manat (10.000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermiş və cavabdeh xx.xx.2020-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsində borcun xx.xx.2020-ci il tarixədək qaytarılması öhdəliyi nəzərdə tutulmuş, lakin xx.xx.2020-ci il tarixədək cavabdeh borcunu qaytarmamışdır. Belə olan halda, onun cavabdehdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmışdır. Mülki qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan 17.000 manat məbləğində borc pulun xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə gecikdirilməsinə görə illik beş faiz olmaqla 1770,83 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir (17.000*5%=850 manat/850:12=70,83 manat/70,83x25 ay=1770,83). Şuşa Rayon Məhkəməsinin 2(077)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Şuşa Rayon Məhkəməsinin 2(077)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, Şuşa Rayon Məhkəməsinin 2(077)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən - “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində ləğv edilərək, icraata götürülməsi məsələsinə baxılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması və şikayətin işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə “xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat məbləğində borc tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi hissəsində Şuşa Rayon Məhkəməsinin 2(077)-427/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması, qərardaddan şikayət verilməsi və baxılması ilə əlaqədar borcun gecikdirilməsi müddətinin uzandığını göstərmiş, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə gecikdirilməsinə görə illik beş faiz olmaqla hesablanmış 2054,07 manatın, 141 manat dövlət rüsumunun və etibarnamə verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 18 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi- Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Borcverən İddiaçı ilə borcalan Cavabdeh aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərtilə 17000 manat məbləğində borc pul vermişdir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun 5 gün ərzində qaytarılması təklif olunmuş, əks təqdirdə borcun və məhkəmə xərclərinin tutulması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 141 manat məbləğində dövlət rüsumu ödəmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Vəkil etibarnamə verilməsi ilə əlaqədar 18 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə görə isə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi öhdəliklərini yerinə yetirməməsi, müqavilə əsasında xx.xx.2020-ci il tarixədək ödənilməli olan 17000 manat borcun xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə gecikdirilməsi təsdiq olunduğundan iddia tələbi təmin edilərək, həmin borca illik 5 faizlə hesablanmış 2054,07 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (17.000*5%=850 manat/850:12=70,83 manat/70,83x29 ay=2054,07) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 141 manat dövlət rüsumu və etibarnamə verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 18 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat əsas borcun xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 2054,07 (iki min əlli dörd manat 07 qəpik) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu və etibarnamə verilməsi üçün ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 2213,07 (iki min iki yüz on üç manat 07 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-99/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-99/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver