Məhkəmə qərarları › İş №e-2(078)-1009/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1009/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1009/2025 07.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qaytarılması barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə , kreditin əsas borcu üzrə 331,18 ( üç yüz otuz bir manat on səkkiz qəpik) manat, faiz borcu üzrə 72,24 (yetmiş iki manat iyirmi dörd qəpik) manat, cərimə borcu 33 (otuz üç) manat, olmaqla ümumilikdə cəmi borc 436,42 (dörd yüz otuz altı manat qırx iki qəpik) manat məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, kiçik mübahisələr üzrə iddia ərizəsi imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddianın hüquqi şəxsin özü tərəfindən imzalanması qeyd edilmişdir. Halbuki onun nümayəndəsi ərizəni imzalaya bilərdi. Bununla da, kiçik mübahisələr üzrə iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması nəticəsini yaratmışdır. Ona görə də, kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.2-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəsindən xx.xx.2025-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə izah olunmalıdır ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəsindən xx.xx.2025-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə izah edilsin ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. . Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar