Məhkəmə qərarları › İş №e-2(078)-1041/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1041/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1041/2025 15.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 13220.35 manat kredit borcu, 921.83 manat faiz borcu və 279.48 manat cərimə borcu olmaqla 14421.66 manat, xx.xx.2024-cü il tarixli 025KK**********01 saylı kredit müqaviləsi üzrə 298.61 manat kredit borcu, 119.50 manat faiz borcu olmaqla, cəmi 418.11 manat, 2(iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 14839.77 (on dörd min səkkiz yüz otuz doqquzmanat yetmiş yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 134.55 manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağladıqları müqaviləyə əsasən, X2 yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında X3", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.3333% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 (on dörd min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024cü il tarixli 025A**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, müqavilənin 7.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 779.65 manat ödəmiş, onun 13220.35 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 164 gün üçün hesablanmış faiz borcu 921.83 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 164 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 279.48 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında X3nin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir.

3. Bundan başqa Cavabdeh ilə bağladıqları xx.xx.2024-cü il tarixli, 025KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Cavabdeh kart kredit müqaviləsi üzrə 298.61 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixə hesablanmış faiz borcu 119.50 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq həmin məbləğin ödənilməsindən yayınmışdır.

4. İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasın xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səsəbləri barədə məhkəməyə məlumat verməmişdir. ` Sübutların tədqiqi:

6. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli, 025A********** saylı kredit müqaviləsi və ödəniş planından görünür ki, Cavabdeh X2 yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X3”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş və 14000.00 (on dörd min) manat məbləğində krediti, 1.3333 aylıq faiz dərəcəsi ilə, 48 ay müddətinə, aylıq 399.00 manat miqdarında ödəniş olmaqla müqaviləni imzalamışdır.

7. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli, 025A**********S saylı Saziş və ödəniş planından görünür ki, 28 iyun 2024-cü il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə Kredit qalığı, hesablanmış faizlər, habelə nəzərdə tutulduğu halda cərimə bu sazişə əlavə olunan 11 oktyabr 2024-cü il tarixli Ödəniş Planında göstərildiyi kimi, 13385.19 (on üç min üç yüz səksən beş manat, on doqquz qəpik) manat məbləğində kredit, 1.3333 aylıq faiz dərəcəsi ilə, 45 ay müddətində, aylıq 401.00 manat miqdarında olmaqla ödəniş planında dəyişiklik edilmişdir.

8. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli, 025KK**********01 saylı kredit müqaviləsi və ödəniş planından görünür ki, Cavabdeh X2 yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X3”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş və 36 ay müddətinə, 300 (üç yüz) manat məbləğində kredit limiti açılmışdır.

9. İş materiallarında olan Ərizədən görünür ki, Cavabdeh 15 fevral 2024-cü il tarixdə kart hesabı açılmışdır və kartın son istifadə tarixi 28 fevral 2029-cu il tarixədəkdir.

10. İş materiallarında olan 26 may 2025-ci il tarixli, OUT-2025/05/26-126 nömrəli məktubdan görünür ki, Cavabdeh 025A********** saylı xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 13220.35 manat əsas borc, 921.83 manat faiz üzrə borc, 279.48 manat cərimə borcu, 164 gün gecikdirilmiş gün sayı olmaqla cəmi borcu 14421.66 manat təşkil edir.

11. İş materiallarında olan 26 may 2025-ci il tarixli, OUT-2025/05/26-135 nömrəli məktubdan görünür ki, Cavabdeh 025KK**********01 saylı xx.xx.2024-cü il tarixli Visa OK Credit Cards üzrə 298.61 manat əsas borc, 119.50 manat faiz üzrə borc, 0 manat cərimə borcu, 173 gün gecikdirilmiş gün sayı olmaqla cəmi borcu 418.11 manat təşkil edir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxsi (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli ,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(425.1); Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər( 425.2).

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

21. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

25. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

26. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

27. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

28. Maddə 743. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər(743.1); Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2); Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir(743.3).

Mülki Prosessual Məcəllə

29. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

Məhkəmənin mövqeyi:

36. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

37. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

38. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqavilələri bağlanmışdır. İddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

39. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 025A********** sayılı kredit müqaviləsinə əsasən, 13220.35 manat kredit borcu, 921.83 manat faiz borcunu, həmçinin xx.xx.2024-cü il tarixli, 025KK**********01 saylı kredit müqaviləsinə əsasən, 298.61 manat kredit borcu, 119.50 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur.

40. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 279.48 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.

41. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2024-cü il tarixli, 025A********** sayılı kredit müqaviləsinə əsasən, 13220.35 manat kredit borcu, 921.83 manat faiz, 279.48 manat cərimə borcu olmaqla, cəmi 14421.66 manat və xx.xx.2024-cü il tarixli, 025KK**********01 saylı kredit müqaviləsinə əsasən, 298.61 manat kredit borcu, 119.50 manat faiz borcu olmaqla, cəmi 418.11 manat, 2(iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 14839.77 (on dörd min səkkiz yüz otuz doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.

42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

43. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 134.55 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-nə qaytarılmalıdır.

44. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 025A********** sayılı kredit müqaviləsinə əsasən, 13220.35 manat kredit borcu, 921.83 manat faiz, 279.48 manat cərimə borcu olmaqla, cəmi 14421.66 manat və xx.xx.2024-cü il tarixli, 025KK**********01 saylı kredit müqaviləsinə əsasən, 298.61 manat kredit borcu, 119.50 manat faiz borcu olmaqla, cəmi 418.11 manat, 2(iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 14839.77 (on dörd min səkkiz yüz otuz doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində borc iddiaçı “İddiaçı QSC-nin xeyrinə tutulsun. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 134.55 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar