Məhkəmə qərarları › İş №e-2(078)-1046/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1046/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1046/2023 23.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 12275tkBANK/14 saylı kredit müqaviləsi üzrə 107.91 manat əsas borc, 3.17 manat faiz borcu olmaqla, cəmi 111.08 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin vərəsələri-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X2 arasında 25 iyun 2014-cü il tarixli, 12275tkBANK/14 saylı kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə, 500 manat məbləğində kredit limiti ayrıldığını, cavabdehin 09 aprel 2021-ci il tarixdə vəfat etdiyini, Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsələrinin Cavabdeh2 və Cavabdeh1 olduğunun müəyyən edildiyini, bunun isə həmin şəxslərin mərhumun hüquqi varisləri olmasına anlamına gəldiyini, cavabdehlərin hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat vermədiklərini, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor "xxxx" KB ASC-nin öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəldiyini, bunları nəzərə alaraq, iddiaçı "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 12275tkBANK/14 saylı kredit müqaviləsi üzrə 107.91 manat əsas borc, 3.17 manat faiz borcu olmaqla, cəmi 111.08 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin vərəsələricavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 12275tkBANK/14 nömrəli Kredit Xətti və X4 əsasən, kredit xətti 60 (altmış) ay müddətinə (kredit xəttindən istifadə müddəti) xx.xx.2019-cu il tarixədək illik 30% omaq şərtilə ayrılır. 08 iyun 2023-cü il tarixli arayışa əsasən, X1 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə borcu aşağıdakı kimidir: Əsas məbləğ üzrə borcu: 107.91 (yüz yeddi manat doxsan bir qəpik) AZN; Faiz üzrə borcu: 3.17 (üç manat on yeddi qəpik) AZN; Cərimə faizləri: 0 (sıfır) AZN; Komisyon haqqı: 0 (sıfır) AZN; Cəmi: 111.08 (yüz on bir manat səkkiz qəpik) AZN. AZ-İİ seriyalı, 177837 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X2 09 aprel 2021-ci il tarixdə vəfat etmişdir. 29 noyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, X1 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 14 iyul 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 17 iyul 2023-cü il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 107.91 (yüz yeddi manat doxsan bir qəpik) manat əsas borc və 3.17 (üç manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 111.08 (yüz on bir manat səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış 25 iyun 2014-cü il tarixli, 12275tkBANK/14 nömrəli Kredit Xətti və X4 əsasən, kredit xətti 60 (altmış) ay müddətinə (kredit xəttindən istifadə müddəti) xx.xx.2019-cu il tarixədək illik 30% omaq şərtilə ayrılır. 08 iyun 2023-cü il tarixli arayışa əsasən, X1 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə əsas məbləğ üzrə borcu 107.91 (yüz yeddi manat doxsan bir qəpik) AZN, faiz üzrə borcu 3.17 (üç manat on yeddi qəpik) AZN; cəmi borcu 111.08 (yüz on bir manat səkkiz qəpik) AZN təşkil edir. AZ-İİ seriyalı, 177837 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X2 09 aprel 2021-ci il tarixdə vəfat etmişdir. 29 noyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, X1 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 107.91 (yüz yeddi manat doxsan bir qəpik) manat əsas borc və 3.17 (üç manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 111.08 (yüz on bir manat səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar