Məhkəmə qərarları › İş №e-2(078)-1051/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1051/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1051/2023 23.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Nəsimi rayonu, 628-ci məhəllə, C.Məmmədquluzadə 73 "G" ünvanında yerləşən iddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 821.68 manat əsas borc məbləğinin, 0.50 manat faiz borcunun, 0.04 manat cərimə borcunun, cəmi 822.22 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30.18 manat dövlət rüsumunun "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 sentyabr 2019-cu ildə "X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 2290 manat məbləğində pul ayrıldığını, onun 60 ay müddətində kreditin əsas məbləğini və ona illik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olduğunu, "X1 Azərbaycan" QSC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirdiyini, borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etmədiyini və bu günədək borcu ödəmədiyini, cavabdehin kredit müqaviləsinə əsasən "X1 Azərbaycan" QSC-yə olan borcunun- əsas məbləğ üzrə borcun 821.68 manat, faiz borcunun 0.50 manat, cərimə borcunun 0.04 manat, cəmi borcun 822.22 manat təşkil etdiyini, bunları nəzərə alaraq, Cavabdeh 821.68 manat əsas borc məbləğinin, 0.50 manat faiz borcunun, 0.04 manat cərimə borcunun, cəmi 822.22 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30.18 manat dövlət rüsumunun "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit və Zaminlik Müqaviləsinin 1.1, 1.2 və 1.8-ci bəndlərinə görə, borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir. Borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kreditin məbləği 2290 (iki min iki yüz doxsan) AZN təşkil edir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 1% təşkil edir. 13 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "X1 Azərbaycan" QSC-yə hazırda borcu aşağıdakılardan ibarətdir: Əsas məbləğ üzrə borc: 821.68 (səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) AZN; Faiz borcu: 0.50 (əlli qəpik) AZN; Cərimə borcu: 0.04 (dörd qəpik) AZN; Cəmi borc: 822.22 (səkkiz yüz iyirmi iki manat iyirmi iki qəpik) AZN. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 14 iyul 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 17 iyul 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 821.68 (səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat əsas borc məbləği, 0.50 (əlli qəpik) manat faiz borcu, 0.04 (dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 822.22 (səkkiz yüz iyirmi iki manat iyirmi iki qəpik) manat məbləğində borc və ödənilmiş 30.18 (otuz manat on səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit və Zaminlik Müqaviləsinin 1.1, 1.2 və 1.8-ci bəndlərinə görə, borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir. Borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kreditin məbləği 2290 (iki min iki yüz doxsan) AZN təşkil edir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 1% təşkil edir. Lakin borcalan müqavilədən irəli gələn borcunu razılaşdırılmış müddətdə qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 821.68 (səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat əsas borc məbləği, 0.50 (əlli qəpik) manat faiz borcu, 0.04 (dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 822.22 (səkkiz yüz iyirmi iki manat iyirmi iki qəpik) manat məbləğində borc və ödənilmiş 30.18 (otuz manat on səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq, "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov. ,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar