Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1052/2024 24.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit kart borcu Banka ödənilməmiş borcu –1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz otuz üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, nağd kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat olmaqla, ümumilikdə 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun, habelə 0.80 (səksən qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə cavabdeh İbrahimov Samiq Adil oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1600 manat məbləğində kredit kartı verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh İbrahimov Samiq Adil oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 5400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borcalan Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 Adil oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum İbrahimov Samiq Adil oğlunun xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ¼ hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, İbrahimov Samiq Adil oğlundan kredit kart borcu üzrə Banka ödənilməmiş borcu – 1596.25 manat əsas borc, 113.07 manat faiz borcu olmaqla, cəmi 1709.32 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, İbrahimov Samiq Adil oğlundan nağd kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2213.77 manat əsas borc, 14.88 manat faiz borcu, 14.88 cərimə borcu olmaqla, cəmi 2243.53 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 İbrahimov Samiq Adil oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 3952.85 manat olduğundan, tərəflərindən 59.53 manat dövlət rüsumu və 0.80 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş 12 avqust 2024-cü il və 11 sentyabr 2024-cü il tarixlərində iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə eyni məzmunlu ərizələr göndərilərək ərizələrdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrilərinə qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini və baxışa təyin edilməsini xahiş etmiş, həmçinin 23 sentyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrilərinə qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin yuxarıda qeyd olunan ərizələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. 24 sentyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh1 və cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 13 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 işləmədiyini, 4 uşağa baxdığını, vərəsəlik qaydasında həyat yoldaşından sadəcə 400 manat pul qaldığını, onu da almaq üçün getdiklərində vermədiklərini bildirdi. 13 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 ümumiyyətlə kreditin götürülməsi barədə məlumatı olmadığını, özünün təhsil dövrünə düşdüyünü, atasının ürəyində olan problemə görə vəfat etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İbrahimov Samiq Adil oğlu arasında xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli Kredit müqaviləsi imzalanması və İbrahimov Samiq Adil oğluna 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 5400 (beş min dörd yüz) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli Kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının İbrahimov Samiq Adil oğlu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 yaranmış kredit borcunun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi qismən əsaslı sayılaraq qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, Cavabdeh1 və cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 Naxçıvan şəhəri, Tumbul kəndində rəsmi qeydiyyatdadırlar. Cavabdehlərə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 10 iyul 2024-cü il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, cavabdehlərin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz otuz üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 manat borc tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə İbrahimov Samiq Adil oğlu arasında tam kart çərçivə müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 36 ay müddətinə 1600 (bir min altı yüz) manat məbləğində illik 24% faiz dərəcəsi ilə kredit xəttinin açılması barədə razılıq əldə olunması aydın olur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, Müştərinin adına bank hesablarını açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 (on beş min) manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərofındon ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 6.2-ci bəndinə əsasən bu Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq Borc alana təqdim edilmiş Kredit xətti üzrə güzəşt müddəti təyin edilir. Güzəşt müddəti dedikdə Borc alan tərəfindən təqvim ayı ərzində Kredit xətti üzrə istifadə etdiyi Kredit məbləği (Taksit əməliyyatları istisna olmaqla) İstifadə tarixindən (daxil olmaqla) asılı olaraq 30 (otuz) toqvirn günündən 60 (altmış) təqvim gününədək müəyyən edilir və hamin müddət ərzində tam qaytarıldığı halda, faizlərin hesablanmadığı və Borc alan tərəfindən ödənilmədiyi dövr başa düşülür; Müqavilənin 11.5, 11.5.1 və 11.5.2-ci bəndlərinə əsasən bank tərəfindən müqavilə müştəri hesablar üzrə azı 1 (bir) il ərzində əməliyyat aparmadığı təqdirdə və müştərini 30 (otuz) təqvim günü əvvəlcədən xəbərdar elməklə Bank tərəfindən müəyyən edilən bankdaxili nəzarət qaydalarına müvafiq olaraq hallarda birtərəfli qaydada ləğv edə bilər. İddia ərizəsinə əlavə olunan xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə İbrahimov Samiq Adil oğlu arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 48 ay müddətinə 5400 (beş min dörd yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 22% faiz dərəcəsi ilə kredit verilməsi barədə razılıq əldə olunması aydın olur. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi, həmçinin cavabdehin hesabına razılaşdırılmış kredit xəttinin açılıb-açılmaması və borcalan tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilib-edilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalan verilməsidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli məxaric orderindən 5346 (beş min üç yüz qırx altı) manat pulun İbrahimov Samiq Adil oğluna verilməsi və şəxsin öz imzası ilə sözügedən halı təsdiq etməsi aydın olur. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən İbrahimov Samiq Adil oğlunun həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2024cü ilədək hər ay 170.2 (yüz yetmiş manat, iyirmi qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2024-cü il tarixdə 165.09 (yüz altmış beş manat, doqquz qəpik) manat ödəməli olması aydın olur. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 19 fevral 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən İbrahimov Samiq Adil oğlunun iddiaçı təşkilata əsas borc üzrə 1596.25 manat, faiz borcu üzrə 113.07 manat, cəmi 1709.32 manat məbləğində borcunun qaldığı məlum olur. xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından İbrahimov Samiq Adil oğlunun kredit müqaviləsi üzrə 2213.77 manat əsas, 14.88 manat faiz borcu, 14.88 manat cərimə borcu olmaqla cəmi 2243.53 manat manat borcunun olduğu müəyyən olunur. Bank tərəfindən borcalana müqavilələrə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Borcalanın isə hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, AZ-İ seriyalı, 943916 nömrəli ölüm haqqında şəhadətnamədən İbrahimov Samiq Adil oğlunun Naxçıvan şəhərində hipertenziya səbəbi ilə 23 may 2023-cü il tarixdə vəfat etdiyi və bu barədə ölüm akt qeydləri kitabında 153 nömrə ilə qeyd edilməsi aydın olunur. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. (“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı”) İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2023-cü il tarixdə vəfat etmiş İbrahimov Samiq Adil oğlunun vərəsələrinin Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh2, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh1, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh3, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh4 olduğu və onların hər birinin miras əmlakdan 1/4 irs almalı olduğu, şəhadətnamə verilən miras əmlakın isə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 571 nömrəli məktubuna əsasən ******************** hesab nömrəli kartında 400.50 (dörd yüz manat əlli qəpik) manat vəsaitdən ibarət olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qərardan da göründüyü kimi mirası qəbul etmiş vərəsələr yalnız onlara çatan miras payı həcmində miras qoyanın vərəsələri qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.2-ci maddəsinə əsasən isə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Sözügedən halda isə borcluların birgə öhdəliyi qanundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinin tələbindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər miras qoyanın kreditorları qarşısında qəbul etdikləri miras əmlak həddində birgə məsuliyyət daşımalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Belə olan halda hazırki iş üzrə iddia ərizəsinə əlavə olunmuş miras açılması faktını, vərəsələrin dairəsini və miras kütləsini özündə əks etdirən vərəsəlik şəhadətnaməsi məhkəmə üçün iş üzrə miras kütləsinin həcmini və vərəsələrin mirası qəbulu faktını təsdiqləyən sənəddir və bunun əksini təsdiq edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sonda məhkəmə o nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz otuz üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən isə 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat əsas borc olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat borcdan mirasın qəbul edilmiş 1/4 hissəsinə müvafiq olaraq Cavabdeh1 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh2 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh3 100.13 (bir yüz manat on üç qəpik) manat və Cavabdeh4 100.13 (bir yüz manat on üç qəpik) manat borc birgə borclu kimi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun 6.03 (altı manat üç qəpik) manat hissəsi və 0.80 (səksən qəpik) manat bank xidmət haqqının 0.20 (iyirmi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; -xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz otuz üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən isə 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat əsas borc olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat borcdan mirasın hər bir vərəsə tərəfindən qəbul edilmiş 1/4 hissəsinə müvafiq olaraq Cavabdeh1 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh2 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh3 100.13 (bir yüz manat on üç qəpik) manat və Cavabdeh4 100.13 (bir yüz manat on üç qəpik) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli; -iddia qalan hissədə rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun 6.03 (altı manat üç qəpik) manat hissəsi və 0.80 (səksən qəpik) manat bank xidmət haqqının 0.20 (iyirmi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz otuz üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən isə 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat əsas borc olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat borcdan mirasın vərəsələr tərəfindən qəbul edilmiş 1/4 hissəsinə müvafiq olaraq Cavabdeh1 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh2 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh3 100.13 (bir yüz manat on üç qəpik) manat və Cavabdeh4 100.13 (bir yüz manat on üç qəpik) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun 6.03 (altı manat üç qəpik) manat hissəsi və 0.80 (səksən qəpik) manat bank xidmət haqqının 0.20 (iyirmi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1052/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1052/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver