Məhkəmə qərarları › İş №e-2(078)-1064/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1064/2025

11.07.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1064/2025 11.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, Tələbkar Məmmədli qızının alimentin tutulması barədə əmr icraatı qaydasında verdiyi ərizəni nəzərdən keçirib, müəyyən etdi:

1. Tələbkar Məmmədli qızı ərizə ilə məhkəməyə mürаciət edərək göstərmişdir ki, xx.xx.1982-ci ildə Naxçıvan şəhərində anadan olmuş Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 15A, mənzil 16 ünvanında yaşayan Borclu Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən, 30 iyun 2007-ci il təvəllüdlü X1, 05 may 2010cu il təvəllüdlü X2 və 05 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Borclu hər ay qazancının(başqa gəlirlərinin) yarısı miqdarında alimen tutularaq, Tələbkar ödənilməsinə dair Qərar verilmişdir. 30 iyun 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdığından alimentin miqdarı haqqında yeni Məhkəmə Qərarının olması zərurəti yaranmışdır.

2. X1 xaricdə ali təhsil almasını, atası tərəfindən ödənilən alimentin kəsilməsinin onun üçün ciddi maddi çətinlik yaradacağını nəzərə alaraq, iddiaçı Borclu övladları üçün əmək haqqının ikidə biri miqdarında aliment ödənməsi barədə məhkəmə əmri çıxarılmаsını xаhiş etmişdir.

3. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir.

4. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir(275.1.); Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir(275.2.).

5. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən, Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər.  276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər:  276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa;  276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa;  276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə;  276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə;  276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə;  276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2 və 279.2.1-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir.

7. Məhkəmə qeyd edir ki, Tələbkar Məmmədli qızı əmr icraatı qaydasında verdiyi ərizəsinə müvafiq sənədləri əlavə etməsə də, ərizənin məzmunundan aydın olur ki, aliment ödənilməsini tələb etdiyi X4 30 iyun 2007-ci il təvəllüdlü olmaqla ərizə verilən zaman yetkinlik yaşına çatmışdır. Tələb etdiyi aliment isə X1 xaricdə ali təhsil alması ilə bağlı yaranacaq xərclərin qarşılanması üçün olmuşdur.

8. Məhkəmə qeyd edir ki, MPM-nin 276.2.4-cü maddəsinə əsasən, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə qərarı əmr formasında verilə bilər.

9. Maddənin məzmunundan görünür ki, əvvəla tələb olunan aliment alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmamalıdır. İkincisi isə aliment yetkinlik yaşına çatmayan şəxslər üçün tələb olunmalıdır. 10.Beləliklə, Məhkəmə hesab edir ki, hazırki tələb MPM-nin 276.2.4-cü maddəsinin əhatə dairəsinə düşmədiyindən əmr icraatı qaydasında baxıla bilməz.

11. Məhkəmə həmçinin, müvafiq hüquqmüəyyənedici sənədləri əlavə etməklə, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğunu Tələbkar Məmmədli qızına izah edir. 12.MPM-in 279.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

13. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 279, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı:

Tələbkar Borclu barəsində məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina olunsun. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması borclunun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Hаkim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar