Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1079/2023 25.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Nuriyev X1 Nağı Əli oğluna qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3030 manat əsas borcun, bundan əlavə gecikdirilmiş penya pulu olan 320 manatın, 53.50 manat dövlət rüsumunun, nəticə etibarilə ümumilikdə 3403.50 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, İddiaçı1 təsisçi olması məlum deyil. Həmçinin penya məbləği düzgün hesablanmamışdır. Belə ki, 21 may 2021-ci il tarixli kredit sazişindən görünür ki, hər keçən gün üçün 10 manat həcmində penya ödənilir. Lakin iddiaçı 320 manat penya pulu tələb etməklə, tələbdə qeyri-dəqiqlik yaratmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-3.2 və 284-3.2.4-cü maddələrinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 114.1.2-ci maddəsinin məzmununa görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də, İddiaçı1 tərəfindən 20 iyul 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 53.50 (əlli üç manat əlli qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçı1 izah olunmalıdır ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı1 geri qaytarılsın. İddiaçı1 tərəfindən 20 iyul 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 53.50 (əlli üç manat əlli qəpik) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı1 izah olunsun ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1079/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1079/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver