Məhkəmə qərarları › İş №e-2(078)-1106/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1106/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1106/2023 06.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, iddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Nuriyev X1 Nağı Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3030 manat əsas borcun, bundan əlavə gecikdirilmiş penya pulunun, 53.50 manat dövlət rüsumunun, nəticə etibarilə ümumilikdə 3083.50 (üç min səksən üç manat əlli qəpik) manat pulun alınaraq iddiaçı Qanuni nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanuni nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə Elfida oğlu ilə Cavabdeh arasında 21 May 2021-ci il tarixdə 47 nömrəli Kredit-satış Müqaviləsi imzalandığını, həmin 21 may 2021-ci il tarixli, 47 nömrəli Kreditsatış Müqaviləsinə əsasən cavabdehin mebel dəstini 6 aylıq kreditlə 3400 manat dəyərində aldığını və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, heç nə ödənilmədiyini, lakin 3030 manat borcunu ödəməkdən imtina etdiyini, eyni zamanda bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, özünün mebel satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, hazırki vəziyyətdə də cavabdehə satdığı mebel dəstinə vaxtında ödənilməyən pulların onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxsə həmin mebel dəsti satılsaydı maddi itkilərlə qarşılaşmayacağını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunduğunu və borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, özünün Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmaya biləcəyini, cavabdehin yuxarıda qeyd olunan 47 nömrəli müqavilədən yaranan 3030 manat əsas borcunun olduğunu, bundan əlavə 53.50 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 3030 manat əsas borcun, bundan əlavə gecikdirilmiş penya pulunun, 53.5 manat dövlət rüsumunun, nəticə etibarilə ümumilikdə 3083.50 (üç min səksən üç manat əlli qəpik) manat pulun alınaraq iddiaçı Qanuni nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 21 May 2021-ci il tarixli, 47 nömrəli Kredit-satış Müqaviləsinə əsasən, satıcı alıcının mülkiyyətinə 3400 manat dəyərində mebel dəstini kredit-satış qaydasında verməyi, alıcı isə aldığı malın dəyərini ilkin ödəniş 370 manat olmaqla, qalan 3030 manat məbləği 6 aylıq müddətə ayda 505 manat olmaqla ödəməyi öhdəsinə götürür. Borclu borcunu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya ödənilir. Arayışa əsasən, Cavabdeh "xxxx" mağazasına borcu 3030 manat təşkil edir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 27 iyul 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 31 iyul 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 3030 (üç min otuz) manat məbləğində əsas borc və 53.50 (əlli üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3083.50 (üç min səksən üç manat əlli qəpik) manat məbləğində pul iddiaçı Qanuni nümayəndə xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 21 May 2021-ci il tarixli, 47 nömrəli Kredit-satış Müqaviləsinə əsasən, satıcı alıcının mülkiyyətinə 3400 manat dəyərində mebel dəstini kredit-satış qaydasında verməyi, alıcı isə aldığı malın dəyərini ilkin ödəniş 370 manat olmaqla, qalan 3030 manat məbləği 6 aylıq müddətə ayda 505 manat olmaqla ödəməyi öhdəsinə götürür. Borclu borcunu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya ödənilir. Arayışa əsasən, Cavabdeh "xxxx" mağazasına borcu 3030 manat təşkil edir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3030 (üç min otuz) manat məbləğində əsas borc və 53.50 (əlli üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3083.50 (üç min səksən üç manat əlli qəpik) manat məbləğində pul Qanuni nümayəndə xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar