Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1123/2022 21.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, 32090***-*******01 nömrəli kredit müqaviləsinin ləğv olunması, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 5634.41 AZN əsas borcun, 457.73 AZN faiz borcunun, 26.79 AZN cərimə borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 81.19 AZN pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, tərəflər arasında mübahisənin məhkəmədənkənar qaydada həlli barədə razılıq əldə olunduğu üçün iddia ərizəsinin geri qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin hesabına (hesab AZN: AZ25BRES********************, bankın VÖEN-i: **********, M/H: AZ80NABZ**********0000014944, S.W.İ.F.T BİK: BRESAZ22, bankın kodu: 505668, VÖEN: **********) qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 81.19 (səksən bir manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 81.19 (səksən bir manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1123/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1123/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver