Məhkəmə qərarları › İş №e-2(078)-1131/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1131/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1131/2022 02.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin qəbul olunmasından imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı MMC-nin kiçik iddialara dair işlər üzrə idia ərizəsini nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 715 manat əsas, 71 manat faiz, 5 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 821 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən ərizəni nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı təşkilat elektron məhkəmə sistemi vasitəsilə yalnız natamam formada iddia ərizəsini göndərmişdir. Elektron iddia ərizəsi tam formada sistemə daxil edilməmiş, yalnız xahiş hissəsi göstərilmişdir. Ərizənin pdf formasına nəzər saldıqda aydın olur ki, imzalayan şəxs direktor X1r, lakin elektron formada onu imzalayan şəxs Nümayəndə Məhəmməd oğludur. Halbuki ərizənin elektron imza forması məhz onun pdf forması hesab edilir və onu imzalayan şəxs də eyni olmalıdır. Bundan əlavə imzalama səlahiyyəti olan şəxs kimi yalnız etibarnamə iddia ərizəsinə əlavə edilmiş, həmin etibarnamədə bağlandığı tarix göstərilməmiş və qüvvədə olma müddəti müddətsiz kimi göstərilmişdir. Mülki qanunvericiliyə görə bağlandığı tarix göstərilməyən etibarnamələr əhəmiyyətsizdir. Etibarnamədə tarix göstərildiyi halda əgər müddət göstərilməmişdirsə ən az bir il müddətində etibarlı olması hesab edilir. Hüquqi şəxs adından iddia qaldırmaq səlahiyyətinə malik şəxslər mülki prosessual qanunvericilikdə aydın şəkildə qeyd edilmiş və həmin hüquqi şəxsi təmsil etmək üçün zəruri sənədlər göstərilmişdir. Hazırki işdə isə bu sənədlər mövcud deyil. Buna görə də hakim ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə yenidən iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı MMC-nın Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. Bu qərardaddan şikayət verilə bilməz. Hakim:Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar