Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1141/2024 05.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 5110 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 511 manatın, nəticə etibarilə ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 76.21 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tərəflərə 19 avqust və 05 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə hazırlıq iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Belə olan halda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 259.0 və 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı MMC tərəfindən 19 iyul 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 76.21 (yetmiş altı manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı MMC-nin cavabdeh X3 qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən 19 iyul 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 76.21 (yetmiş altı manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1141/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1141/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver