Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1147/2023 07.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3316.05 AZN əsas, 1028.82 AZN faiz, cəmi 4344.87 AZN məbləğində vəsaitin və ödənilmiş 63.45 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, biznesin inkişafı məqsədilə peşə krediti götürülmüş, Cavabdeh1 VÖEN-i **********-dir. İstər iddia tələbinin adından, istər mahiyyətindən, istər xarakterindən və subyekt tərkibindən hazırki tələb ümumi məhkəmələrdə baxılmalı olan tələb deyildir və icraata qəbul edilməsi yolverilməz hesab edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-ə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, MPM, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir (maddə 1.1). Digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırılmalıdır (maddə 1.4). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (maddə 5.1). Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina edir. 284.4.1 və 284.4.1.1-ci maddələrinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Bu baxımdan əgər kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsinin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü barədə məsələ mövcuddursa, işə baxan məhkəmə ilk növbədə həmin məsələyə hüquqi qiymət verməli və əgər iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 iyul 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 63.45 (altmış üç manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hazırki tələbin kommersiya tələbi olduğu xatırladılmaqla, müvafiq qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 iyul 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 63.45 (altmış üç manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hazırki tələbin kommersiya tələbi olduğu xatırladılmaqla, müvafiq qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1147/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1147/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver