Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-116/2024 12.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 oktyabr 2022-ci il tarixli, İK1016539 saylı kredit müqaviləsinə əsasən 16 noyabr 2023-cü il tarixə olan 15197.42 (on beş min yüz doxsan yeddi manat qırx iki qəpik) manat əsas borc və 719.40 (yeddi yüz on doqquz manat qırx qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15916.82 (on beş min doqquz yüz on altı manat səksən iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137.75 (yüz otuz yeddi manat yetmiş beş qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə, işlərin çoxluğunu nəzərə alaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmiş və işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli, İK1016539 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 17700 (on yeddi min yeddi yüz) manat məbləğində istehlak krediti verildiyini, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəflərindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılaraq, borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə, borcun icrasının tələb edildiyini, Cavabdeh tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli, İK1016539 saylı kredit müqaviləsinə əsasən 16 noyabr 2023-cü il tarixə 15197.42 (on beş min yüz doxsan yeddi manat qırx iki qəpik) manat əsas borc və 719.40 (yeddi yüz on doqquz manat qırx qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15916.82 (on beş min doqquz yüz on altı manat səksən iki qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 07 oktyabr 2022-ci il tarixli, İK1016539 saylı kredit müqaviləsinə əsasən 16 noyabr 2023-cü il tarixə olan 15197.42 (on beş min yüz doxsan yeddi manat qırx iki qəpik) manat əsas borc və 719.40 (yeddi yüz on doqquz manat qırx qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15916.82 (on beş min doqquz yüz on altı manat səksən iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137.75 (yüz otuz yeddi manat yetmiş beş qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul edərək, 07 oktyabr 2022-ci il tarixdə 17700 (on yeddi min yeddi yüz) manat məbləğində krediti həmin bankdan götürdüyünü, uşağının xəstəliyi ilə əlaqədar maddi imkanı aşağı olduğundan aylıq ödənişləri vaxtında həyata keçirmədiyini, ümumilikdə 15916.82 (on beş min doqquz yüz on altı manat səksən iki qəpik) manat məbləğində iddiaçıya borcunun olduğunu, ödəmələri qismən olsa da edəcəyini, müvafiq qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli, İK ******* nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə 17700 (on yeddi min yeddi yüz) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. 1414 nömrəli, 16 noyabr 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 16 noyabr 2023-cü il tarixə borcu aşağıdakı kimidir: Əsas borc: 15197.42 (on beş min yüz doxsan yeddi manat qırx iki qəpik) manat; Faiz borcu: 719.40 (yeddi yüz on doqquz manat qırx qəpik) manat; Cəmi öhdəlik: 15916.82 (on beş min doqquz yüz on altı manat səksən iki qəpik) manat. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanılmış, cavabdeh öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Həmçinin Cavabdeh iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15197.42 (on beş min yüz doxsan yeddi manat qırx iki qəpik) manat əsas borc və 719.40 (yeddi yüz on doqquz manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 15916.82 (on beş min doqquz yüz on altı manat səksən iki qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 137.75 (yüz otuz yeddi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15197.42 (on beş min yüz doxsan yeddi manat qırx iki qəpik) manat əsas borc və 719.40 (yeddi yüz on doqquz manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 15916.82 (on beş min doqquz yüz on altı manat səksən iki qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 137.75 (yüz otuz yeddi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-116/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-116/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver