Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-117/2023 17.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı təşkilat İddiaçı QBKT MMM-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMM QBKT iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5963 (beş min doqquz yüz altmış üç) manat, faiz borcuna görə 1322.29 (bir min üç yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat, cərimə borcuna görə 248.1 (iki yüz qırx səkkiz manat on qəpik) manat olmaqla, cəmi 7533.39 (yeddi min beş yüz otuz üç manat otuz doqquz qəpik) manat məbləğində borcun və 95.34 (doxsan beş manat otuz dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" MMM QBKT tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********8250 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 406 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********8***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********8***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunın əsas borc üzrə 5963.00 AZN, faiz borcuna görə 1322.29 AZN, cərimə borcuna görə 248.10 AZN, cəmi 7533.39(yeddi min beş yüz otuz üç manat, otuz doqquz qəpik) AZN təşkil edir. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat "xxxx" MMM QBKT-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2022-ci il tarixli teleqram göndərmiş, teleqramda xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə "xxxx" MMM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı təşkilatla onun oğlu Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********8250 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7500 (yeddi min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 406 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Zaminlik müqaviləsi ilə atası Cavabdeh3 və **********8250 - ******* saylı Zaminlik müqaviləsi ilə o zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşlar. Krediti ödəyə bilməmişlər, çünki evləri yanıb və krediti götürməyə məcbur olmuşlar. Evi düzəldib yaşamağa başlasalar da, krediti ödəməyə maddi cəhətdən gücləri çatmamışdır. Oğlu məcbur qalıb Bakıya işləmək üçün getdi. İddiaçı təşkilata olan borcu hissəhissə hər ay 100 manat ödəməyə razı olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə digər Cavabdeh3 məhkəməyə verdiyi izahatında digər Cavabdeh2 izahatını təsdiqləyərək oğlu "xxxx" MMM QBKT-dən kredit götürərəkən ona zamin olduğunu, Məmməd borcu ödəyə bilmədiyi üçün onun da Bank qarşısında cavabdehlik daşıdığını, lakin borcu ödəməyə imkanının olmadığını, iddiaçı təşkilata olan borcu hissə-hissə hər ay 100 manat ödəməyə razı olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:00-a təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2021ci il tarixli **********8250 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında qeyd olunan müqavilə bağlanılmış, bu müqavilə əsasında bank tərəfindən borcluya istehlak məqsədləri üçün illik 26 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmiş və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər **********8250 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 406 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq **********8***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********8***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarında olan "xxxx" MMM QBKT tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından belə müəyyən olunur ki, Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında bağlanılmış xx.xx.2021-ci il tarixli **********8250 saylı kredit müqaviləsinə əsasən həmin tarixə cavabdehin "xxxx" MMM QBKT-yə əsas borc üzrə 5963 (beş min doqquz yüz altmış üç) manat, faiz borcuna görə 1322.29 (bir min üç yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat, cərimə borcuna görə 248.1 (iki yüz qırx səkkiz manat on qəpik) manat olmaqla, cəmi 7533.39 (yeddi min beş yüz otuz üç manat otuz doqquz qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı QBKT MMM-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5963 (beş min doqquz yüz altmış üç) manat, faiz borcuna görə 1322.29 (bir min üç yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat, cərimə borcuna görə 248.1 (iki yüz qırx səkkiz manat on qəpik) manat olmaqla, cəmi 7533.39 (yeddi min beş yüz otuz üç manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" MMM QBKT tərəfindən X1 xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 95.34 (doxsan beş manat otuz dörd qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5963 (beş min doqquz yüz altmış üç) manat, faiz borcuna görə 1322.29 (bir min üç yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat, cərimə borcuna görə 248.1 (iki yüz qırx səkkiz manat on qəpik) manat olmaqla, cəmi 7533.39 (yeddi min beş yüz otuz üç manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" MMM QBKT tərəfindən X1 xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 95.34 (doxsan beş manat otuz dörd qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-117/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-117/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver