Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1171/2023 15.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 may 2021-ci il tarixli, SHNPU-08268 saylı kredit müqaviləsi üzrə əsas borca görə 823.92 (səkkiz yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcuna görə 123.62 (yüz iyirmi üç manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat, cəmi 993.13 (doqquz yüz doxsan üç manat on üç qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli, SHNPU08268 saylı kredit müqaviləsinə əsasən illik 20% dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 4000 (dörd min) manat məbləğində cavabdehə kredit verildiyini, 16 may 2021-ci il tarixli, SHNPU- 08268 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 16 may 2021-ci il tarixli, SHNPU-08268 saylı kredit müqaviləsinə görə cavabdehin kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 16-dan gec olmayaraq hər ay 203.59 (iki yüz üç manat əlli doqquz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 16 may 2021-ci il tarixli, SHNPU-08268 saylı kredit müqaviləsi üzrə əsas borca görə 823.92 (səkkiz yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcuna görə 123.62 (yüz iyirmi üç manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat, borcun cəmi məbləğinin 993.13 (doqquz yüz doxsan üç manat on üç qəpik) manat təşkil etdiyini, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 16 may 2021-ci il tarixli, SHNPU-08268 saylı kredit müqaviləsi üzrə əsas borca görə 823.92 (səkkiz yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcuna görə 123.62 (yüz iyirmi üç manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat, cəmi 993.13 (doqquz yüz doxsan üç manat on üç qəpik) manat pul tutulmalı olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 16 may 2021-ci il tarixli, SHNPU-08268 saylı kredit müqaviləsi üzrə əsas borca görə 823.92 (səkkiz yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcuna görə 123.62 (yüz iyirmi üç manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat, cəmi 993.13 (doqquz yüz doxsan üç manat on üç qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli, SHNPU08268 nömrəli Kredit Müqaviləsinə əsasən, borcverən borcalana istehlak məqsədilə 4000 (dörd min) AZN məbləğində kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan Kreditin Ödəniş Cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. Kreditə görə illik 20 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 21.58% təşkil edir. 02 avqust 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 31 iyul 2023-cü il tarixə əsas borca görə 823.92 (səkkiz yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcuna görə 123.62 (yüz iyirmi üç manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 993.13 (doqquz yüz doxsan üç manat on üç qəpik) manat məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 08 avqust 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 09 avqust 2023cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 823.92 (səkkiz yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcuna görə 123.62 (yüz iyirmi üç manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 993.13 (doqquz yüz doxsan üç manat on üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və hesablanmış faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 823.92 (səkkiz yüz iyirmi üç manat doxsan iki qəpik) manat, faiz borcuna görə 123.62 (yüz iyirmi üç manat altmış iki qəpik) manat, dəbbə borcuna görə 45.59 (qırx beş manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 993.13 (doqquz yüz doxsan üç manat on üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1171/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1171/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver