Məhkəmə qərarları › İş №e-2(078)-1173/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1173/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1173/2024 06.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim. İşin halları: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2060.66 manat əsas, 28.09 manat faiz, cəmi 2088.75 manat pul vəsaitinin və 40.89 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "Kapital Bank” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK 0603/04 saylı Kredit Müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RK1803/01 saylı Kredit borcunun restruktrizasiyasına dair Müqaviləyə əsasən ilkin kredit müqaviləsi qüvvədə saxlanılmaqla onun müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Qeyd olunan kreditin təminatı kimi isə "xxxx" ASC Zamin ilə xx.xx.2020-ci il tarixli Zaminlik Müqaviləsi bağlamışdır. 2023-cü ilin noyabr ayında isə "xxxx" ASC-nin kredit portfeli müqavilə əsasında İddiaçı ASC-yə ötürüldüyü üçün bu iş üzrə iddiaçı qismində İddiaçı ASC iştirak edir. Kredit Müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh xx.xx.2024-cü il tarixə banka xx.xx.2020-ci il tarixli, İK 0603/04 saylı Kredit Müqaviləsinə əsasən 2060.66 manat əsas, 28.09 manat faiz, cəmi 2088.75 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 06 mart 2020-ci il tarixli, İK 0603/04 nömrəli Kredit Müqaviləsinin 1.1ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank), Cavabdeh (borcalan) və Zamin (zamin) arasında bağlanmış 06 mart 2020-ci il tarixli, ZM0603/04 nömrəli Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür. 18 may 2022-ci il tarixli, RK1803/01 saylı Kredit borcunun restruktrizasiyasına dair Müqaviləyə əsasən, bu müqavilə borcalana verilmiş kreditin qalıq məbləğinin borcalanın ərizəsinə əsasən restruktrizasiyası olunmasını, müqaviləyə uyğun olaraq borcun hansı məbləğdə və müddətdə ödənilməsini tənzimləyir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hüquq sahibi) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (hüquq əldə edən) arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli Razılaşmaya əsasən, hüquq sahibi bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri hüquq əldə edənə ötürməklə güzəşt edir. 23 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 18 iyul 2024-cü il tarixə banka 2060.66 manat əsas, 28.09 manat faiz, cəmi 2088.75 manat borcu yaranmışdır. Cavabdeh və Zamin "Kapital Bank” ASC tərəfindən 10 iyul və 22 iyul 2024-cü il tarixlərdə bildiriş məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmənin qiymətləndirməsi: İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsidir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 06 mart 2020-ci il tarixli, İK 0603/04 saylı Kredit Müqaviləsinə əsasən 2060.66 (iki min altmış manat altmış altı qəpik) manat əsas borc və 28.09 (iyirmi səkkiz manat doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2088.75 (iki min səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 29 iyul 2024-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 31 iyul 2024-cü il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsi üzrə "xxxx" ASC tərəfindən 24 iyul 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.89 (qırx manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin tutularaq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2060.66 (iki min altmış manat altmış altı qəpik) manat əsas borc və 28.09 (iyirmi səkkiz manat doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2088.75 (iki min səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən 24 iyul 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.89 (qırx manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin tutularaq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar