Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1203/2023 22.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli, 139267- CNS-14000/2 saylı Nağd pul krediti Müqaviləsinə əsasən 13 iyun 2023-cü il tarixə olan 1399.76 (min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 6.77 (altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1406.53 (min dörd yüz altı manat əlli üç qəpik) manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 34.07 (otuz dörd manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcunun restrukturizasiya olunduğunu və bank ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli, 139267-CNS-14000/2 saylı Nağd pul krediti Müqaviləsinə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərtilə 60 (altmış) ay müddətinə 4881.87 (dörd min səkkiz yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində kredit verildiyini, lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 19 dekabr 2022-ci il tarixdən icra etmədiyini və nəticədə cavabdehin banka 1399.76 (min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 6.77 (altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1406.53 (min dörd yüz altı manat əlli üç qəpik) manat məbləğində borcunun qaldığını, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə tərəflərindən dəfələrlə xəbərdarlıq edildiyini, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtlərinin onun tərəfindən yerinə yetirilmədiyini və öhdəliklərin lazımınca icra edilmədiyini, bunları nəzərə alaraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli, 139267-CNS-14000/2 saylı Nağd pul krediti Müqaviləsinə əsasən 13 iyun 2023-cü il tarixə olan 1399.76 (min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 6.77 (altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1406.53 (min dörd yüz altı manat əlli üç qəpik) manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 34.07 (otuz dörd manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli, 139267-CNS-14000/2 nömrəli Nağd pul krediti Müqaviləsinə əsasən, bank müştəriyə 60 (altmış) ay müddətinə illik 1% olmaqla, 4881.87 (dörd min səkkiz yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində kredit verir. 13 iyun 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu aşağıdakı kimidir: Əsas məbləğ üzrə borcu: 1399.76 (min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) AZN; Faiz üzrə borcu: 6.77 (altı manat yetmiş yeddi qəpik) AZN; Cərimə faizləri: 0 (sıfır) AZN; Cəmi: 1406.53 (min dörd yüz altı manat əlli üç qəpik) AZN. Borclu müqavilə üzrə öhdəliyini 19 dekabr 2022-ci il tarixdən icra etmir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 15 avqust 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 16 avqust 2023cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1399.76 (min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 6.77 (altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1406.53 (min dörd yüz altı manat əlli üç qəpik) manat məbləğində borc və 34.07 (otuz dörd manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 17 sentyabr 2019-cu il tarixli, 139267-CNS-14000/2 nömrəli Nağd pul krediti Müqaviləsindən görünür ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və hesablanmış faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1399.76 (min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 6.77 (altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1406.53 (min dörd yüz altı manat əlli üç qəpik) manat məbləğində borc və 34.07 (otuz dörd manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1203/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1203/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver