Məhkəmə qərarları › İş №e-2(078)-1228/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1228/2025

16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1228/2025 16.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Cavabdeh1 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat dəymiş maddi zərərin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1580 (bir min beş yüz səksən) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “X16 Rover” minik markalı (Qeydiyyat nişanı-** PY ***; Tip-Universal; RəngiTünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixindən İddiaçı MMCnin (əvvəlki adı-"xxxx" MMC) mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə görə xx.xx.2023-cü il tarixli ML-194 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində vəsait İddiaçı MMC (əvvəlki adı-"xxxx" MMC) tərəfindən Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 (Şəxsiyyət vəsiqəsi-AZE№0*******) “UNİBANK" KB ASC-də olan hesabına köçürülmüşdür. Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı aparılır. Cinayət işi üzrə araşdırma zamanı məlum olmuşdur ki, “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsi dəyişdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)- 3021/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən, mülkiyyətlərində olan “X16 Rover” minik markalı (Qeydiyyat nişanı-** PY ***; Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçı MMC-nin (əvvəlki adı-"xxxx" MMC) mülkiyyətində olan “X16 Rover” minik markalı (Qeydiyyat nişanı-** PY ***; Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir (xx.xx.2025-ci il tarixli Baxış keçirilməsi və götürülmə haqqında protokol). “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi əsasında mülkiyyətçidən alınması və mühafizə olunan duracağa yerləşdirilməsi (xx.xx.2025-ci il tarixli Baxış keçirilməsi və götürülmə haqqında protokol) nəticəsində İddiaçı MMC-yə (əvvəlki adı-"xxxx" MMC) 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərər vurulmuşdur. Həmin nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində vəsait cavabdehlərə ödənilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 02 oktyabr 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat dəymiş maddi zərərin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1580 (bir min beş yüz səksən) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X16 Rover” minik markalı (Qeydiyyat nişanı-** PY ***; Tip-Universal; RəngiTünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixindən İddiaçı MMCnin (əvvəlki adı-"xxxx" MMC) mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə görə xx.xx.2023-cü il tarixli ML-194 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində vəsait İddiaçı MMC (əvvəlki adı-"xxxx" MMC) tərəfindən Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 (Şəxsiyyət vəsiqəsi-AZE№0*******) “UNİBANK" KB ASC-də olan hesabına köçürülmüşdür. Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı aparılır. Cinayət işi üzrə araşdırma zamanı məlum olmuşdur ki “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsi dəyişdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)- 3021/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən, mülkiyyətimizdə olan “X16 Rover” minik markalı (Qeydiyyat nişanı-** PY ***; Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçı MMC-nin (əvvəlki adı-"xxxx" MMC) mülkiyyətində olan “X16 Rover” minik markalı (Qeydiyyat nişanı-** PY ***; Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369) nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir (xx.xx.2025-ci il tarixli Baxış keçirilməsi və götürülmə haqqında protokol). “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi əsasında mülkiyyətçidən alınması və mühafizə olunan duracağa yerləşdirilməsi (xx.xx.2025-ci il tarixli Baxış keçirilməsi və götürülmə haqqında protokol) nəticəsində İddiaçı MMC-yə (əvvəlki adı-"xxxx" MMC) 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərər vurulmuşdur. Həmin nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində vəsait cavabdehlərə ödənilmişdir”. Verilmiş iddia ərizəsindən belə görünür ki, “X16 Rover” minik markalı avtomobil guya ban nömrəsi dəyişdirildiyinə görə onun üzərinə həbs qoyulmuş və mühafizə olunan duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 15 may 2025ci il tarixli, 5(009)-3021/2025 nömrəli qərarından və həmin qərardan verilmiş şikayətə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5(103)-42/2025 İş nömrəli 23 iyul 2025-ci il tarixli qərardan göstərilmişdir ki, əmlak üzərinə həbs qoyulması barədə Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Zamiq Mustafayevin vəsatətinə əsasən Səbail rayon prokuroru Natiq Əsədov təqdimatla məhkəməyə müraciət edərək, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, 77-PY585 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat və vəsatətdən görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zamiq Mustafayev ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin üzərinə həbs qoyulması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdimat verilməsi məsələsinə baxılmasına dair 12 may 2025-ci il tarixli vəsatəti həmin tarixdə Bakı şəhəri Səbail rayon prokurorluğuna daxil olmuşdur. İş üzrə aparılmış ilkin istintaq zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Kanada Respublikasında yaşayan X2, eyni ünvanda qeydiyyatda olan və yaşayan qardaşı X5 və Zəngilan rayonu, Zəngilan şəhəri, Genlik kəndində qeydiyyatda olan X6 ilə birlikdə zərərçəkmiş şəxs X11 üçün Kanada Respublikasından Gürcüstan Respublikasına 4 ədəd avtomaşın göndərəcəkləri barədə sövdələşmə edib, bu məqsədlə sonuncudan 2023-cü ilin yanvar ayından, həmin ilin iyul ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 216070 manat ekvivalentində 127100 ABŞ dolları pul alıb ələ keçirib verdikləri vədə əməl etməmişdir. X1 həmin cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirildiyindən o, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zamiq Mustafayev tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda Bəxtiyar Məhərrəmovun Azərbaycan Respublikası hüdudlarından kənarda olması ilə əlaqədar istintaqa gəlməməsini nəzərə alaraq Səbai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zamiq Mustafayev tərəfindən axtarış elan edilmişdir. Cinayət işi üzrə araşdırma zamanı məlum olmuşdur ki, zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş 4 ədəd avtomobilin pulu olan 127 100 ABŞ dolları müqabilində birinci avtomobil kimi Kanada Respublikasından Gürcüstan Respublikasına tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover" markalı avtomobili göndərilmiş, lakin həmin avtomobi Ruslan İmanova verilmədən ban nömrəsi dəyişdirilməklə ölkə ərazisinə keçirilib gömrük və polis orqanlarında müvafiq rəsmiləşdirmə aparılmaqla həmin avtomobil "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. İstintaq materiallarına əlavə edilmiş şahid ifadələrindən, “Whatsapp” mesaj və səs yazılarından müəyyən olunur ki, təqsirləndirilən şəxs X2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həqiqətən də X7 ona olan etibarından sui-istifadə edərək birgə avtomobil alğı-satqısı edib iş quraraq qazanc əldə edəcəklərinə dair yalan vədlər verib sonuncunu inandırmaqla ona məxsus olan həqiqətən də 127100 ABŞ dollarını alıb dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarından da görünür ki, təqsirləndirilən şəxs X4 zərərçəkmiş şəxs X9 məxsus olan 127100 ABŞ dollarını alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda da ölkə xaricində yaşayır. Bəxtiyar Məhərrəmovun belə davranışı onun cinayətkar niyyətini bir daha ifşa edir və sonuncunun ələ keçirmiş olduğu məbləği geri qaytarmayacağına dəlalət edir. Ona görə də zərərçəkmiş şəxs X9 vurulmuş maddi ziyanın geri qaytarılmasının təminatı qismində ona məxsus olan pulla alınaraq ölkə ərazisinə gətirilmiş və hazırda da "xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover" markalı avtomobilin üzərinə həbs qoyulması zəruridir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(009)-3021/2025 nömrəli qərarına əsasən (hakim Şəhla Süleymanova) vəsatət təmin edilmiş, "xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Rance Rover” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, birincisi iddiaçının “Range Rover" markalı avtomobili ban nömrəsinin ölkə ərazsinə keçirildikdən sonra dəyişdirilməsinə dair göstərdiklərinin əksinə olaraq, istintaq “Range Rover" markalı avtomobili ban nömrəsi avtomobilin ban nömrəsi dəyişdirildikdən sonra ölkə ərazisinə keçirildiyini müəyyən etmişdir. İkincisi, “Range Rover" markalı avtomobilin üzrinə həbs onun ban nömrəsinin dəyişdirilməsinə görə deyil, zərərçəkmiş şəxs X9 vurulmuş maddi ziyanın geri qaytarılmasının ilə təminatı qismində, yəni vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədi ilə qoyulmuşdur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 14 aprel 2021-ci tarixli qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Göründüyü kimi, “Range Rover" markalı avtomobilin üzərinə həbs qoyulmaqla mühafizə duracağına yerləşdirilməsi ilə Cavabdeh1 və Cavabdeh2 hərəkətəri arasında heç bir səbəbli əlaqə yoxdur. İddiaçı tərəfdə belə bir səbəbli əlaqənin olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Səbail rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Zamiq Mustafayevin vəkil sorğusuna verdiyi cavabdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 və onun anası Cavabdeh2 şahid qismində dindirilmiş, «RANGE ROVER» markalı, «SALGS2RKXKS519369» ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşının ban nömrəsinin dəyişdirilməsində həmin şəxslərin təqsirli olmalan müəyyən edilməmiş, iş üzrə Cavabdeh1 və Cavabdeh2 təqsirləndirlən şəxs qismində cəlb edilməmişlər. Yuxarıda göstərilənlərə əsasən “AJR Leasing" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh1 və Cavabdeh2 qarşı 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində dəymiş maddi zərərin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1580 (bir min beş yüz səksən) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 09 dekabr 2025-ci il tarixdə ərizə göndərərək ərizəsində qeyd etmişdir ki, İddiaçı ona və anası Cavabdeh2 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək ondan və anasından 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat dəymiş maddi zərərin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1580 (bir min beş yüz səksən) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barəqə qətnamə qəbul edmlməsi xahiş olunmuşdur. İddai ərizəsindən görünür ki, “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-201 BANSALGS2RKXKS519369) üzərinə Səbail rayon polis idarəsində aparılan istintaq çərçivəsində həmin rayon məhkəməsi tərəfindən həbs qoyularaq və mühafizə oluna duracağa yerləşdirilməsi barədə qərar çıxarılmasına səbəb nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi olmuşdur. İddia ərizəsindən də belə çıxır ki, həmin ban nömrəsi özləri tərəfindən dəyişdirilmişdir. Ona görə də onlardan 9.792 manat pul tələb olunur. Doğrudur, iddiaçı tərəfindən bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zamiq Mustafayevi tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə verilmiş vəsatət, təqdimat əsasında Səbail rayon məhkəməsinin 15 may 2025-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin üzərinə həbs üzərinə həbs qoyulmuşdur. Birincisi, məhkəmənin qərarında göstərilmişdir ki, həmin avtomobilin ban nömrəsi ölkə ərazisindən kənarda dəyişdirilmişdir. Yəni gömrükdən keçərkən artıq onun ban nömrəsi dəyişdirilmiş olmuşdur. Nə özü, nə də anası həmin dövrdə ölkə ərzisindən çıxmamışlar. Yəni onların ölkə ərazisində kənarda-başqa ölkədə avtomobilin ban nömrəsini diyişdirmələri mümkün deyildir. Onun dəyişdirmək üçün gərək özləri ora gedələr. İkincisi, həmin məhkəmənin qərarından görünür ki, avtomobil üzərinə qoyulmuş həbsin avtomobilin ban nömrəsinin dəyişdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Onun üzərinə həbs ban nömrəsinin dəyişdirilməsinə görə deyil, istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs olan X9 vurulmuş maddi ziyanın geri qaytarılmasının təminatı qismində, yəni vurulmuş ziyanın gələcəkdə ödənilməsini təmin etmək məqsədi ilə qoyulmuşdur. Səbail rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5(103)-42/2025 nömrəli, 23 iyul 2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Beləliklə, cinayət təqibi üzrə avtomobillə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Qeyd edilən məhkəmə qərarlarında avtomobilin ban nömrəsinin ölkə ərazisindən kənarda dəyişdirildiyi və avtomobilin üzərinə həbsin zərərçəkmiş şəxs olan X9 vurulmuş maddi ziyanın geri qaytarılmasının təminatı qismində qoyulduğu təsbit olunmuşdur. Məhkəmələr öz qərarları ilə ban nömrəsinin dəyişdirilməsi hadisəsini mövcudluğunu təsdiq edir, lakin həmin hadisəyə özünün və anasının heç bir aidiyyətinin olmaması nəticəsinə gəlmişlər. MPM-nin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda göstərdiklərimə əsasən, “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016 BAN:SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasında özünün, anasının təqsiri olmadığından “AJR Leasing" Məhdud Məsuliyyətl Cəmiyyətinin ona və anası Cavabdeh2 qarşı qaldırıdığı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının və 13 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçınə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə 23 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək e-2(078)-1228/2025 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2025ci il tarixinə, saat 15:10-a təyin edildiyini, həmin tarixdə məhkəmə hazırlıq iclasında iştirak etməyinin mümkün olmayacağını, iddia tələbini müdafiə etdiyini, göstərilənlərə əsasən, e- 2(078)-1228/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixinə saat 15:10-a təyin edilmiş məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, həmçinin 13 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək e-2(078)-1228/2025 saylı mülki iş üzrə məhkəmə baxış iclasının xx.xx.2026-cı il tarixinə saat, 14:50-yə təyin edildiyini, həmin tarixdə məhkəmə baxış iclasında iştirak etməyinin mümkün olmayacağını, iddia tələbini müdafiə etdiyini, göstərilənlərə əsasən e-2(078)-1228/2025 saylı mülki iş üzrə xx.xx.2026cı il tarixinə, saat 14:50-yə təyin edilmiş məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və "xxxx" MMC-nin iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin qeyd olunan ərizələrini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında cavabdehin vəkili tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində iddia ərizəsində ban nömrəsinin ölkəyə keçdikdən sonra dəyişdirildiyinin göstərildiyinin qeyd edildiyini, halbuki özlərinin iddia ərizəsində elə bir xüsusat qeyd etmədiklərini, belə ki, iddia ərizəsində avtomobilin ölkə ərazisinə keçdikdən sonra ban nömrəsinin dəyişdirilməsi ilə bağlı heç bir tələb və ya qeydiyyat olmadığını, özlərinin Səbail Rayon Məhkəməsinin qərarına istinad etdiklərini, orada da avtomobilin ölkə ərazisinə keçdikdən sonra ban nömrəsinin dəyişdirilməsinin qeyd edilmədiyini, orada da avtomobilin ölkə ərazisinə ban nömrəsinin dəyişdirilərək keçirilildiyinin qeyd edilidiyini, əlavə olaraq iddia ərizəsinə baxış protokolunun əlavə edildiyini, hazırda avtomobilin Səbail rayonunun ərazisində mühafizə olunan duracağa yerləşdirildiyini, əlavə olaraq iddia ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin qərarının əlavə edildiyini, həmin qərarda nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilərək Azərbaycan Respublikası ərazisində keçirildiyinin qeyd edildiyini, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən də həmin nəqliyyat vasitəsinin əldə edilməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 78800 manat pul ödənildiyinin göründüyünü, həmin pulu ödəyib nəqliyyat vasitəsini aldıqlarını, həmçinin nəqliyyat vasitəsini alarkən onun hər hansı bir problemi, qüsuru, başqa şəxlərin həmin nəqliyyat vasitəsi ilə bağlı tələblərinin olmaması ilə bağlı protokol olduğunu, cavabdehin vəkili tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etiraz ərizəsində heç bir səbəbli əlaqə olmadığının qeyd edildiyini, səbəbli əlaqənin olduğunu, belə ki, cavabdehin sifarişi nəticəsində avtomobilin ölkəyə gətirdiyini, həmin nəqliyyat vasitəsininin də lizinq şirkəti tərəfindən 78.800 manat qarşılığında alqı-satqı müqaviləsi əsasında alındığını, ancaq hazırda həmin nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirildiyini, təbii ki, burada birbaşa səbəblə əlaqə olduğunu, qüsurlu mal satıldığını, vəsaitin Cavabdeh1 verdiyi etibarnamə əsasında onun nümayəndəsi kimi Cavabdeh2 verildiyini, onun alqı-satqının nəticəsində vəsaiti aldığını, ancaq nəqliyyat vasitəsi satılarkən mülkiyyətçinin Cavabdeh1 olduğunu, nəqliyyat vasitəsini Cavabdeh1 adlı şəxsin gətirdiyini, onun mülkiyyətində olduğunu, sonra da iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında alındığını, bunlardan da birbaşa səbəbli əlaqə olduğunun göründüyünü, əgər cavabdehin əlaqəsi yoxdursa, niyə onun polis tərəfindən dindirildiyini, nəqliyyat vasitəsinə ban nömrəsinin dəyişdirilməsinə görə hazırda hüquqlarını müdafiə etdiyi hüquqi şəxsin 78.800 manat maddi ziyanla qarşılaşdığını, iddiaçıya maddi ziyan dəydiyini, nəqliyyat vasitəsinin Səbail Rayon Məhkəməsinin qərarı əsasında duracağa yerləşdirildiyini, 2024-cü ildə Səbail rayon polis idarəsinin müraciətinə əsasən həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğunu, sonra həbsin götürüldüyünü, 2025-ci ildə təkrar nəqliyyat vasitəsinin üzərində həbs qoyulduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında özlərinin Bakı şəhərində maşın aldıqlarını, sonra üzərinə bir miqdar pul qoyub satdıqlarını, orada Cavid adlı şəxs olduğunu, gömrüyə avtomobil gəldiyini dediyini, Range Rover markalı avtomobil olduğunu dediyini, Nicat adlı şəxsin adına olduğunu dediklərini, gömrük rəsmiləşdirilməsi etməyin lazım olduğunu dediklərini, özünün də edə biləcəyini dediyini, ancaq sonra özünün adına rəsmiləşdirilməsi şərti ilə edəcəyini dediyini, problem olmadığını dediklərini, Nicatın ona etibarnamə verdiyini, ancaq verdiyi etibarnamə əsasında onun adına rəsmiləşdirilə bilməyəcəyini, sadəcə olaraq müəyyən gömrük rəsmiləşdirilməsi etməsindən ötrü etibarnamə verdiyini, özünün gömrük işlərini gördüyünü, 36000 manat gömrük rəsmiləşdirilməsinə xərci çıxdığını, sonra dövlət yol polis idarəsinə gəldiklərini, onun adına rəsmiləşdirilməsini tələb etdiyini, ona orada avtomobilin onun adına rəsmiləşdirilə bilməyəcəyini dediklərini, Nicat adlı şəxsin verdiyi etibarnamə əsasında sadəcə olaraq müəyyən ödənişləri, gömrük əməliyyatlarını həyata keçirə biləcəyini, onun adına rəsmiləşdirilə bilməyəcəyini dediklərini, özünün əlaqə saxladığını, ona təkrar etibarnamə verildiyini və özünün adına rəsmiləşdirildiyini, sonra ona lizinq olacağını dediklərini, ondan sonra özünün pulunu götürə biləcəyini dediklərini, rəsmiləşdirmə zamanı ona VÖEN-i olduğunu, bu səbəbdən çox xərci çıxacağını dediklərini, başqa şəxsin adına müqavilənin bağlanmasını dediklərini, özünün də ağlına anasının gəldiyini, anasının qoca olduğunu, qardaşına dediyini, qardaşının anasını götürüb gəldiyini, özünün anasına etibarnamə verdiyini, orada avtomobilin başqa şəxsin adına salındığını, sonra onlara pul verildiyini, özünə gömrükdə xərcələdiyi pul olan 36000 manatın, bir də 1000 manat əlavə pul verildiyini, başqa heç bir pul verilmədiyini, yəni cəmi həmin işdən 1000 manat pul qazandığını, pulu həmin vaxt anasına verdiklərini, müqavilənin Cavidin adına olduğunu, özünün adına lizinq olmasını istəmədiyini, bu səbəbdən özünün adına müqavilə olmadığını, sonra özünü Səbail rayon polis idarəsinə çağırdıqlarını, avtomobilin ban nöməsinin dəyişdirildiyini dediklərini, özünün olanları danışdığını, sonra polis idarəsində ona “sənlik bir şey yoxdur, səni niyə şikayət ediblər” dediklərini, özünün həmin işdən cəmi 1000 manat pul qazandığını, ancaq başına bu qədər şey gəldiyini, ban nömrəsini dəyişdirilməsi ilə bağlı özünün heç bir məlumatı olmadığını, özünün telefonuna da baxa bilinəcəyini, özünün heç bir günahı olmadığını, özünün həmin gömrük rəsmiləşdirilməsini etdiyi zaman avtomobili yoxladıqlarını, elə bir şey olduğu təqdirdə gömrük rəsmiləşdirilməsi edilməməli olduğunu, ona deməli olduqlarını, ancaq ona elə bir şey deyilmədiyini, hətta lizinq müqaviləsi bağlanılarkən də yoxladıqlarını, yenə də heç nə deyilmədiyini, özünün yalan danışmadığını, Çingiz adlı şəxsin yanına getdiyini, Çingizin qarşı tərəfinin müdiri olduğunu, ona “özünüz pul qazanırsınız, maşında problem var idisə, rəsmiləşdirmə etməzdiniz” dediyini, həmin avtomobili xaricdən Nicatın gətirdiyini, ancaq onun əlini, qolunu sallayaraq gəzdiyini, hal-hazırda özünü günahkar bildiklərini, ancaq özünün heç nə etmədiyini, ban nömrəsinin dəyişdirilməsindən özünün ümumiyyətlə məlumatının olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 izahatında etiraz ərizəsində bütün xüsusatların qeyd edildiyini, lazımi sübutların məhkəməyə təqdim edildiyini, polis şöbəsinə müraciətin cavabının da məhkəməyə təqdim edildiyini, məhkəmə qərarları da olduğunu, hətta məhkəmə qərarlarında ban nömrəsinin Azərbaycan Respublikasına dəyişdirilərək gətirildiyinin göstərildiyini, qərarlarda həmçinin avtomobilin duracağa yerləşdirilmə səbəbinin zərərçəkmişlərə vurulmuş ziyanın gələcəkdə ödənilməsini təmin etmək məqsədilə olduğunun qeyd edildiyini, iddiaçı tərəfin ban nömrəsinin Cavabdeh1 tərəfindən dəyişdirildiyini qeyd edildiyini, ancaq elə bir hal olmadığını, birincisi, avtomobilin yenə də iddiaçının mülkiyyətində olduğunu, avtomobilin üzərinə həbs qoyularaq duracağa yerləşdirilməsinin iddiaçını mülkiyyət hüququndan məhrum etmədiyini, bunun avtomobilin iddiaçıya heç vaxt qayıtmayacağı demək olmadığını, həmçinin həm istintaq, həm də məhkəmə baxışı zamanı avtomobilin ölkəyə gətiriləndə ban nömrəsinin artıq dəyişdirilmiş olduğunun müəyyən edildiyini, Bakı Apellyasiya Məhkəməsinin qərarında konkret olaraq həmin avtomobilin ölkəyə gələndə ban nömrəsinin dəyişdirildiyinin müəyyən edildiyinin qeyd edildiyini, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarının şəxsin həmin hadisəyə aid olubolmaması hissəsində məcburiliyinin olduğunu, şəxsin heç bir təqsiri olmadığını, iddia tələbinin təmin edilməsinə əsaslar olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş satıcı Cavabdeh2 ilə alıcı "xxxx" MMC arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, ML-194 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 “X16 Rover” minik markalı, Tip-Universal; Rəngi-tünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369 olan nəqliyyat vasitəsini alıcıya satılmasını, alıcı "xxxx" MMC isə həmin əmlakın qiyməti olan 78800 (yetmiş səkkiz min səkkiz yüz) manatı satıcıya ödənilməsini və qəbul edilməsini öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 194 saylı alqı-satqı müqavilsinə əlavə 1 təhvil-təslim aktından görünür ki, satıcı Cavabdeh2 ümumi dəyəri 78800 (yetmiş səkkiz min səkkiz yüz) manatı olan “X16 Rover” minik markalı, Tip-Universal; Rəngi-tünd göy metallik; İstehsal tarixi-2016; BAN-SALGS2RKXKS519369 olan nəqliyyat vasitəsini "xxxx" MMC-yə təqdim etmiş, "xxxx" MMC isə həmin nəqliyyat vasitəsini sonradan lizinq vermək məqsədi ilə öz mülkiyyətinə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli və 04 oktyabr 2023-cü il tarixli kredit köçürmələrindən görünür ki, həmin tarixlərdə müfaviq olaraq 52500,00 manat və 26300,00 manat olmaqla, ümumilikdə 78800,00 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən Cavabdeh2 məxsus bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş BB473238 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X16 Rover” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı, ban nömrəsi SALGS2RKXKS519369 olan nəqliyyat vasitəsi 27 sentyabr 2023cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş BB474470 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X16 Rover” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı, ban nömrəsi SALGS2RKXKS519369 olan nəqliyyat vasitəsi 29 sentyabr 2023cü il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi və lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması da göstərilməlidir. Həmin Məcəllənin 747-1.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia ərizəsində “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi əsasında mülkiyyətçidən alınması və mühafizə olunan duracağa yerləşdirilməsi nəticəsində İddiaçı MMC-yə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərər vurulduğu, bu səbəbdən qeyd edilən vəsaitin cavabdehlərdən tələb edildiyi qeyd edilmişdir. Məhkəmə belə qeyd edir ki, ilk növbədə həqiqətən də cavabdehlərin təqsiri nəticəsində həmin avtomobilin ban nömrəsinin dəyişdirildiyi, bunun nəticəsində iddiaçıdan alındığı və mühafizə olunan duracağa yerləşdirildiyi təsdiq edilməldir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis idarəsi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bakı şəhəri Səbail rayon Polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Həmin cinayət işi üzrə Cavabdeh1 və onun anası Cavabdeh2 şahid qismində dindirilmiş, sorğuda qeyd edilən “Range Rover” markalı, “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşının ban nömrəsinin dəyişdirilməsində təqsirli olmaları müəyyən edilməmiş, iş üzrə Cavabdeh1 və Cavabdeh2 təqsirləndirilən şəxs qismində cəlb edilməmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)- 3021/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi şəxs “MUĞAN LİZİNG" MMC-nin mülkiyyətində olan tünd göy rəngli «SALGS2RKXKS519369» ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı «RANGE ROVER» markalı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, “zərərçəkmiş şəxs X9 vurulmuş maddi ziyanın geri qaytarılmasının təminatı qismində ona məxsus olan pulla alınaraq ölkə ərazisinə gətirilmiş və hazırda da "xxxx" MMC-nin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover" markalı avtomobilin üzərinə həbs qoyulması zəruridir”. Qeyd edilənlərdən də görünür ki, “X16 Rover” minik markalı (Tip-Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasında məqsəd zərərçəkmiş şəxs X9 vurulmuş maddi ziyanın geri qaytarılmasının təmin edilməsidir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5(103)-42/2025 nömrəli, 23 iyul 2025-ci il tarixli qərarından görünür ki, maraqlı şəxs İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulmasına dair xx.xx.2025-ci il tarixli, 5(009)-3021/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərarda Kanada Respublikasından Gürcüstan Respublikasına tünd göy rəngli, “SALGS2RKXKS519369" ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin göndərildiyi, lakin həmin avtomobilin Ruslan İmanova verilmədən ban nömrəsi dəyişdirilərək ölkə ərazisinə keçirilib gömrük və polis orqanlarında müvafiq rəsmiləşdirmə aparılmaqla həmin avtomobilin "xxxx" MMC-nin mülkiyyətinə keçirildiyi qeyd edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri nəticəsində “X16 Rover” minik markalı (Tip- Universal; Rəngi-Tünd göy metallik; İstehsal tarixi-2016; BANSALGS2RKXKS519369) nəqliyyat vasitəsinin ban nömrəsinin dəyişdirilməsi əsasında mülkiyyətçidən alınması və mühafizə olunan duracağa yerləşdirilməsi nəticəsində İddiaçı MMC-yə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində maddi zərər vurulduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Həmçinin işin araşdırması zamanı iş materialları ilə cavabdehlərin təqsiri olmadığı sübuta yetirildiyindən iddia tələbi həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki- Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməli olması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. İddiaçının digər tələbi isə vəkilin göstərdiyi hüquqi yardıma görə 1580 (bir min beş yüz səksən) manatın və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edilməli olduğundan iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1580 (bir min beş yüz səksən) manat və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərər qismində 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməli; -iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1580 (bir min beş yüz səksən) manat və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərər qismində 78800 (yetmiş səkkiz min səkkiz yüz) manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1580 (bir min beş yüz səksən) manat və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar