Məhkəmə qərarları › İş №e-2(078)-123/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-123/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-123/2022 11.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 179A (“Kəngərli və partnyorları” vəkil bürosunun ofisi) ünvanında yerləşən İddiaçı (Texnoplus mağazası) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı (Texnoplus mağazası) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 203 manat məbləğində əsas borc, 20 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 253 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, işə sadələşdirilmiş icraat qaydasında iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiaçı (Texnoplus mağazası) iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 yanvar 2017-ci il tarixli, STN01-2242 nömrəli alqı-satqı müqaviləsi əsasında Texnoplus mağazasından 398 AZN dəyərində “Samsung SM-G 532 silver” markalı mobil telefon aldığını, eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 50 AZN həcmində ilkin ödəniş edildiyini, müqaviləyə əsasən 398 AZN ümumi məbləğdən 50 AZN ilkin ödəniş etdikdən sonra qalıq məbləğin 348 AZN etdiyini, bunun isə 12 aylıq ödəmə şərtilə aylıq 29 AZN ödəniş etdiyini, Cavabdeh ödəniş tarixçəsinin: 1) 15 fevral 2017–29 AZN; 2) 17 mart 2017–29 AZN; 3) 18 aprel 2017–29 AZN; 4) 17 may 2017–29 AZN; 5) 21 iyun 2017–29 AZN olduğunu, cavabdehin cəmi 145 AZN ödəniş etdiyini, qalıq məbləğin 203 AZN olduğunu, gecikdirmə ilə əlaqədar 15 yanvar 2018-ci il tarixə qədər yaranan dəbbə pulunun (faiz borcunun) isə 20 AZN olduğunu, qalıq borc və dəbbə pulu ilə birlikdə cavabdehin Texnoplus mağazasına 223 AZN ödəniş etməli olduğunu, 203 AZN əsas borc, 20 AZN dəbbə pulu və məhkəməyə ödənilən 30 AZN dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə 253 manat pul ödənilməli olduğunu, daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq, borclunun heç bir ödəniş etmədiyini, sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 14 iyun 2021-ci il tarixdə pretenziya məktubunun göndərildiyini və ödəmə üçün 3 günlük müddət təyin edildiyini, lakin borclunun yenə də ödəniş etmədiyini, Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələrək müqavilənin icra olunmaması və ya lazımınca icra olunmaması hallarında müqavilənin icrasını öz üzərinə götürdüyünü və öhdəlik münasibətinin əmələ gəldiyini, hazırki işlə əlaqədar cavabdehin əşyanı müqavilə bağladığı gün təhvil aldığını, satıcı müəyyənləşdirilmiş müddətdə əşyanı təhvil versə də, alıcının əşyanın dəyərini ödəmədiyini, İddiaçı MMC-nin (Texnoplus mağazası) Cavabdeh qarşı tələb hüququnun mövcud olduğunu və tələb edə biləcəyini, Texnoplus mağazasının bir sahibkarlıq subyekti kimi pandemiyadan ciddi zərər çəkdiyini, bunları nəzərə alaraq, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 203 manat məbləğində əsas borc, 20 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 253 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, işə sadələşdirilmiş icraat qaydasında iştirakları olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı (Texnoplus mağazası) ilə Cavabdeh arasında 15 yanvar 2017-ci il tarixli, STN01-2242 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya malı (“Samsung SM-G 532 silver” markalı mobil telefon) satır, alıcı isə həmin malı qəbul edir və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini satıcıya ödəyir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh 15 fevral 2017-15 yanvar 2018-ci il tarixləri aralığında hər ay 29 AZN məbləği İddiaçınə (Texnoplus mağazası) ödəməyi öhdəsinə götürmüşdür. 08 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçınə (Texnoplus mağazası) 203 manat əsas borc və 20 manat cərimə borcu olmaqla, cəmi 223 manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 29 noyabr 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 29 noyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 203 (iki yüz üç) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu ilə birlikdə, cəmi 253 (iki yüz əlli üç) manat məbləğində pul alınaraq İddiaçı (Texnoplus mağazası) xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı (Texnoplus mağazası) ilə Cavabdeh arasında 15 yanvar 2017-ci il tarixli, STN01- 2242 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya malı (“Samsung SM-G 532 silver” markalı mobil telefon) satır, alıcı isə həmin malı qəbul edir və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini satıcıya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 203 (iki yüz üç) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu ilə birlikdə, cəmi 253 (iki yüz əlli üç) manat məbləğində pul alınaraq İddiaçı (Texnoplus mağazası) xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar