Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1252/2021 17.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 768 (yeddi yüz altmış səkkiz) manat əsas, 89.6 (səksən doqquz manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 857.6 (səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 25.03.2021-ci il tarixdə bağlanmış 128461 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 838 manata nisyə stolüstü mini soba və mobil telefon satmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə görə alıcı 69.83 manat ödəməklə 12 ay müddətinə hər ayın 25-dək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh müqavilə üzrə 1 ay olaraq toplam 70 manat ödəniş etmiş və qalıq 768 manat borcunu ödəməkdən yayınmışdır. "xxxx" MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsilə ona rəsmi qaydada 12.07.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 768 manat əsas, həmin gün üçün hesablanmış 33.6 (69.83x1%=0,7x48gün=33.6) manat cərimə 801.6 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 768 manat əsas, 30.09.2021-ci il tarixədək hesablanmış 89.6 (69.83x1%=0.7x48 gün=89.6 manat cərimə borcu, cəmi 857.6 manat borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, cavabdeh yuxarıda qeyd edilən borcun ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh 768 (yeddi yüz altmış səkkiz) manat əsas, 89.6 (səksən doqquz manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 857.6 (səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.03.2021-ci il tarixdə bağlanmış 128461 saylı nisyə alqı-satqı müqaviləsinin şərtinə əsasən Cavabdeh 1 ədəd Zimmer ZM- EO451RBk modelli stolüstü mini soba və 1 ədəd Xiaomi Note 9Pro 6/128 GB modelli mobil telefonu satılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən satıcı əşyanı 838 AZN məbləğə 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə alıcıya satır. Alıcı 0.00 manat məbləğində ilkin ödəniş həyata keçirir, 838 manat qalıq borc məbləğini isə hər ay 69.38 manat ödəməklə 12 ay müddətinə hər ayın 25-dək ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Alıcı bu müqavilə üzrə ödəniş cədvəlinə əsasən ödənişləri ardıcıl olaraq 2 (iki) ay ödəmədikldə satıcı müqaviləyə xitam verərəl əşyanın dəyərinin tam ödənilməsini tələb edə bilər. 25.03.2021-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC 1 ədəd Zimmer ZM-EO451RBk modelli stolüstü mini sobanı və 1 ədəd Xiaomi Note 9Pro 6/128 GB modelli telefonun bütün ləvazimatı, habelə əşyaya aid olan sənədləri (texniki pasportu, istismar təlimatı vəs) ilə birlikdə alıcıya təhvil vermişdir. 12.07.2021-ci il tarixdə cavabdehə borcun ödənilməsi ilə bağlı 520 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. 30 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən 25.03.2021-ci il tarixli 128461 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə olan borcu 768 (yeddi yüz altmış səkkiz) manat əsas, 89.6 (səksən doqquz manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 857.6 (səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat təşkil etmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 768 (yeddi yüz altmış səkkiz) manat əsas, 89.6 (səksən doqquz manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 857.6 (səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən 11.10.2021-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 12 oktyabr 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 14 oktyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından 25 oktyabr 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 768 (yeddi yüz altmış səkkiz) manat əsas, 89.6 (səksən doqquz manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 857.6 (səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində borcu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən 11.10.2021-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1252/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1252/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver